Siyasət

Hikmət Hacıyev Ermənistanı Qarabağdakı bərpa prosesinə mane olmaqda ittiham etdi

5 Aprel, 2021
1419

Açıq mənbələrdən götürülüb

“Minaların ətraf mühitə də ciddi təsiri var, minalar yer altında uzun müddət qaldıqda torpaq kimyəvi çirklənməyə məruz qalır”.

Bunu aprelin 5-də ADA Universitetində 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən tədbirdə sualları cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, minaların humanitar təsiri də var, insanların həyatına təsir edir. 

"Minalar ona görə basdırılır ki, qurbanını tapsın", - APA-nın məlumatına görə, Hacıyev açıqlamasında bildirib: "Mina xəritələrini gizlətməklə Ermənistan Azərbaycanın mülki vətəndaşlarını öldürməyə davam edir. Bu, beynəlxalq hüququn pozulması, hərbi cinayətdir. Biz beynəlxalq təşkilatlara müraciət edirik. Bu, azərbaycanlıların torpaqlarına qayıtmasının qarşısını alır. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də mane olur. Biz ikitərəfli görüşlərdə də bu məsələni qaldırırıq”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti

2 Oktyabr 2026

jam-news

Azərbaycanda həbsdə olan bir qrup siyasi məhbus hesab edilən şəxs beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (“advokasi”) daha koordinasiyalı, açıq və bütün siyasi motivli təqib halları üzrə aparılması çağırışı ilə müraciət yayıb. Müraciət müəllifləri Azərbaycanın demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün demokratik ölkələrin və beynəlxalq institutların fəal dəstəyinin zəruri olduğunu bildirirlər. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik. Demokratik dünyanın inkişaf təcrübəsi göstərir ki, keçilən uğurlu yoldan faydalanmaq problemlərin həllində mühüm töhfə verir. Bu yanaşmanı, həmçinin Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri əsas tutaraq, ölkəmizin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmininin gerçəkləşməsində demokratik dünyanın da aktiv iştirakı və dəstəyi zəruridir. Buna nail olmaq əsasən...
Siyasət

Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”

1 Oktyabr 2026

sosial media

“QHT işi” üzrə cinayət işi çərçivəsində həbsdə olan hüquq müdafiəçisi, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay “Abzas Media”ya müsahibə verib. O, müsahibəsində Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən, tibbi xidmətə çıxış və məhbusların daşınması ilə bağlı problemlərdən, eləcə də ailəsi ilə açıq görüşlərə qoyulan məhdudiyyətlərdən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik. Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitiniz necədir? Həbs olunduğunuz gündən bu yana qarşılaşdığınız ən böyük çətinliklər nələrdir? Bakı İstintaq Təcridxanası 2009-cu ildə, səhv xatırlamıramsa, 95 milyon dollar (o dövrün məzənnəsi ilə 75 milyon manat) büdcə ilə tikilib. İstər texniki struktur, istərsə də keyfiyyət baxımından standartlara uyğun gəlmir. Ən böyük çətinliklərdən biri...

Seçilmiş Videolar

Toplum TV loqo