Siyasət

İlkin Rüstəmzadə: "Məqsədimiz birlik göstərmək idi"

25 Yanvar, 2019
1263
"Biz bloger Mehman Hüseynovun və ya özümüzün azadlığımızdan ötrü aclıq aksiyası keçirmirdik. Məqsədimiz birlik göstərmək və hakimiyyətin siyasi məhbuslara təzyiqlərinə müqavimət göstərmək idi".

Bunu hazırda həbsdə olan gənc fəal İlkin Rüstəmzadənin dediyi bildirilir.

Bu gün, yanvarın 25-də cəzaçəkmə müəssisəsində yaxınları gənc fəalla görüşüblər. Bildirildiyinə görə, yanvarın 13-dən 22-nə qədər o, bir qrup siyasi məhbus sayılan fəalla həbsdə aclıq aksiyası keçirib. Amma Penitensiar Xidmətdən bir qrup fəalın həbsdə aclıq aksiyası keçirməsi ilə bağlı məlumatı təsdiqləməmişdilər.

Yaxınlarının habelə bildirməsinə görə, İ.Rüstəmzadə yanvarın 25-də gerçəkləşən görüşdə əlavə edib ki, cəmiyyətdə əlavə gərginlik yaranmasının tərəfdarı deyil.

İ.Rüstəmzadə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyasından sonra həbs edilib. Kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla üzləşən gənc fəal 8 il həbs cəzası alıb. "Amnesty International" hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan bu gənci "vicdan məhbusu" adlandırıb.

Həmin vaxt onunla birgə həbs edilən bütün fəallar əfv fərmanı ilə azadlığa buraxılsa da, İ.Rüstəmzadə hələ də həbsdədir.

Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloger yenə ittihamla razılaşmırdı.

Son həftələr onun müdafiəsi ilə bağlı həm Azərbaycanda, həm də ondan kənarda bir sıra etiraz aksiyaları keçirildi. Bu aksiyalarda bir çox fəallar saxlanaraq inzibati qaydada cəzalandırıldılar.

Yanvarın 22-də Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Buna səbəb kimi isə bloqerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da, öz növbəsində, bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilir.

Azadlıq Radiosu

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Rusiya azərbaycanlını Ukraynaya işləmək adı ilə həbs edib

22 Avqust 2025

Foto: açıq mənbə

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) azərbaycanlı sürücünü Ukraynaya məxfi məlumat ötürmək ittihamı ilə saxlayıb.  Yadulla Rufullayev adlı 36 yaşlı şəxsin Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən Rusiyaya gizli hərbi sənədləri qaçaqmalçılıq yolu ilə aparmaq üçün cəlb edildiyi iddia olunur.  FSB bildirib ki, həmin şəxs Dağıstanda Azərbaycanla sərhədə yaxın ərazidə saxlanılıb. FSB-nin məlumatında Rufullayevin yalnız “xarici vətəndaş” olduğu qeyd olunur.  O, Rusiyada “gizli hərbi məlumatın daşıyıcısına hücum nəticəsində oğurlanmış xidmət materiallarını” Ukraynaya ötürmək niyyəti ilə daşımaqda ittiham edilir.  Rusiya mətbuatının yaydığı videoda Rufullayevin sözügedən əməli Ukraynada yaşayan və “SBU agenti” kimi təsvir edilən qardaşı Səbuhi Rufullayevin göstərişi ilə etdiyini etiraf etdiyi müşahidə...
Siyasət

Kim Çen İn Ukraynaya qarşı döyüşmüş əsgərlərə mükafat verib 

22 Avqust 2025

Foto: açıq mənbə

Şimali Koreya lideri Kim Çen İn Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsində iştirak etmiş koreyalı əsgərləri mükafatlandırıb.  Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər yayıb.  Agentliyin məlumatında qeyd olunub ki, Şimali Koreya hərbçiləri “bütün dünyaya Koreya Xalq Ordusunun sarsılmaz və misilsiz ideoloji və mənəvi üstünlüyünü, döyüş ustalığını, koreyalıların sərt, ölümcül, qanlı döyüşlərdə əyilməz ruhunu nümayiş etdiriblər və bu, dünyada heç bir ordu ilə müqayisə edilə bilməz.” Həlak olmuş Şimali Koreya əsgərlərinin ailə üzvlərinin də mərasimdə iştirak etdiyi bildirilir.  Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirak etmək üçün öz hərbçilərini göndərməsi 2024-cü ilin oktyabrından bilinsə də, Rusiya bunu yalnız bu ilin aprelində...

Seçilmiş Videolar

Toplum TV loqo