19 ölkə İsrailin Qərb Sahilini ilhaq cəhdlərini qınayan birgə bəyanat verib
Foto: AFP
Türkiyə, Qətər, Fransa və Braziliya da daxil olmaqla 19 ölkənin xarici işlər nazirləri birgə bəyanat imzalayaraq İsraili "Fələstin torpaqları üzərində qanunsuz şəkildə nəzarəti genişləndirmək və möhkəmləndirmək cəhdlərinə görə" qınayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan bəyanatda İsrailin işğal etdiyi Qərb Sahilində torpaq qeydiyyatına başlamaq planları və bu planlar çərçivəsində fələstinlilərin torpaqlarını müsadirə etməyə hazırlaşması “de fakto ilhaq” kimi təsvir edilib.
“Planlar genişmiqyaslıdır, Fələstin torpaqları İsrailin ‘dövlət torpağı’ kimi yenidən təsnifləşdirilir, qanunsuz məskunlaşma fəaliyyəti sürətləndirilir və İsrail idarəçiliyi daha da möhkəmləndirilir", - deyə birgə bəyanatda bildirilib.
İsrail hökumətinin fevralın 15-də imzaladığı planlara görə, Qərb Sahilinin təxminən 60 faizini təşkil edən "C bölgəsi"ndə torpaq qeydiyyatı tətbiq ediləcək.
Birgə bəyanatda İsrailin addımlarının, əsasən, İsrail hərbi nəzarəti altında olan, lakin Fələstin dövləti kimi tanınan ərazilərin “hüquqi və inzibati statusunu” daimi şəkildə dəyişə biləcəyi barədə xəbərdarlıq edilib.
“Belə hərəkətlər Fələstin dövlətinin mövcudluğuna və iki dövlətli həll yolunun həyata keçirilməsinə qəsdən və birbaşa hücumdur,” - bəyanatda bildirilib.
Bəyanata imza atanlar, həmçinin, İsraildən fələstinlilərin Qərb Sahilindəki evlərindən zorla köçürülmələrinə son qoymağı tələb edərək “qanunsuz məskunlaşmaların Fələstin torpaqlarında genişlənməsinə, zorla köçürmə və ilhaq siyasətləri və təhdidlərinə qarşı beynəlxalq hüquqa uyğun konkret tədbirlər görməyə” söz veriblər.
Beynəlxalq Ədalət Məhkəməsinə görə, işğal olunmuş Qərb Sahilində təxminən 465,000 israilli məskunlaşıb və bu, beynəlxalq hüquqa görə qanunsuz hesab olunur.
Bu ayın əvvəlində Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres İsrailin torpaq qeydiyyatı planının fələstinlilərin mülkiyyətlərinin əlindən alınmasına və bölgədə İsrailin nəzarətinin genişlənməsi riskinə yol aça biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”