Siyasət

8 təşkilat Sadıqovun deportasiyası ilə bağlı Avropa Şurasının baş katibinə müraciət edib

20 Aprel, 2026
165

Foto: Dato Koridze

Səkkiz insan haqları təşkilatı jurnalist Əfqan Sadıqovla bağlı Avropa Şurasının baş katibi Alen Bersetə müraciət edib. Onlar maraciət vasitəsi ilə jurnalistin Gürcüstandan Azərbaycana deportasiyası ilə bağlı təcili tədbirlər görülməsini tələb ediblər.

Müraciətçilər Avropa İnsan Hüquqları Konvensiyasının 52-ci maddəsinin tətbiq olunmasını, Gürcüstanın Sadıqov işi üzrə hərəkətlərinə dair müstəqil araşdırma aparılmasını və Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin edilməsini istəyiblər.

Həmçinin, üzv dövlətlərə Əfqan Sadıqovun müdafiəsi, o cümlədən ailə birləşməsi hüququnun təmin olunması ilə bağlı çağırış edilib.

“Bu hal təkcə bir nümunə deyil. Bu, Avropa Şurası tərəfindən mülayim reaksiyalarla qarşılanan və Azərbaycan hakimiyyətini daha da cəsarətləndirən, həmçinin digər üzv dövlətlər üçün qəbul edilə bilən davranış həddini aşağı salan onillik repressiyaların ən son epizodudur. Gürcüstanın Sadıqov işi ilə bağlı davranışı məhz bu aşağı salınmış həddin birbaşa ifadəsidir. Avropa insan hüquqları sisteminin etibarlılığı təhlükə altındadır”, - deyə müraciətdə vurğulanır.

Sənədddə o da vurğulanır ki, Sadıqov Azərbaycana deportasiya olunduqdan sonra iki dəfə yerli hüquq-mühafizə orqanları tərəfindən dindirilməyə çağırılıb.

Azel TV” "YouTube" kanalının rəhbəri olan Əfqan Sadıqov 2024-cü il avqustun 3-də Tbilisidə həbs edilib. 

Həmin vaxt Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə pul tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilmişdi. 

Ailəsi və hüquq müdafiəsi təşkilatları onun həbsini siyasi təqib ilə əlaqələndirirdilər. Lakin ötən il fevralın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən, Gürcüstan hakimiyyətinə jurnalistin Azərbaycana ekstradisiyası qadağan edilib. 

Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib və jurnalist ötən il aprelin 16-da azadlığa buraxılıb.
Lakin həmin vaxtdan sonra da Ə.Sadıqov dəfələrlə Tbilisidəki etiraz aksiyalarında iştirakına görə Gürcüstan tərəfindən ümumilikdə 270 min lari cərimələnib və iki həftə müddətinə inzibati qaydada həbs olunub.

Əfqan Sadıqov 5 aprel 2026-cı il gecə saatlarında Tbilisidə saxlanılıb və bir neçə saat ərzində Azərbaycana deportasiya edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hökumət 11 min məhkumluq yeni həbsxanalar tikməyi planlaşdırır

16 Oktyabr 2026

sosial media

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 7-də yerli mətbuata müsahibəsində Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini xəbər verib.  Onun sözlərinə görə, 2030-cu ilədək istifadəyə verilməsi gözlənilən həbsxanalar ümumilikdə 11 min məhkum üçün nəzərdə tutulub.  "Artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb. Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub", - o əlavə edib.  İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli isə mərkəzin sosial media hesabında nazirin açıqlamasına münasibət bildirərək qeyd edib ki, penitensiar sahədə "islahatlara təkcə həbsxanalar tikməklə...
Siyasət

Polad Aslanovun həyat yoldaşı: “Onu 15 saylı cəzaçəkmə müəssisəsindən aparıblar”

16 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanovun harada saxlanıldığı barədə ailəsinə məlumat verilmədiyi bildirilir. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial mediada məlumat yayıb. Gülmirə Aslanovanın sözlərinə görə, o, son iki gün ərzində Ombudsmanın Çağrı Mərkəzinə, Penitensiar Xidmətin qaynar xəttinə və Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, həyat yoldaşının taleyi ilə bağlı məlumat ala bilməyib. O, qeyri-rəsmi məlumat əsasında Polad Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindən başqa yerə aparıldığını bildirib. “Polad Aslanovdan bir xəbər yoxdur”, - Gülmirə Aslanova yazıb. Penitensiar Xidmət və digər rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib. Gülmirə Aslanovanın sözlərinə görə, jurnalist məktəblərdə hicablı şagirdlərə tətbiq olunan...

Seçilmiş Videolar

Toplum TV loqo