Siyasət

Tramp: Putinlə yaxşı yola getdik

16 Avqust, 2025
37

Foto: Ağ Ev

ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaska ştatında Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşü yüksək qiymətləndirib. 

O, "Fox News" telekanalına müsahibəsində jurnalistin "görüşü 10 ballıq şkalada neçə ilə qiymətləndirirsiniz" sualına "10" deyə cavab verib. 

"Düşünürəm ki, yaxşı yola getdik. Xüsusilə, nüvə silahına sahib iki böyük gücün yola getməsi isə həmişə yaxşıdır", - o qeyd edib. 

Liderlərin iki saatdan çox çəkən görüşündə Ukrayna müharibəsi ilə bağlı atəşkəs razılığına gəlinməyib. Tramp və Putin görüşdən sonrakı brifinqdə, ümumiyyətlə, atəşkəs sözünü işlətməyiblər. 

"Bizim görüşümüz son dərəcə məhsuldar oldu və bir çox məqamlar üzrə razılıq əldə olundu. Razılıq əldə olunmayan çox az məsələ qaldı. Amma həmin nöqtəyə də çatmaq üçün çox yaxşı şansımız var", - Tramp deyib. 

Son onillikdə ilk dəfə ABŞ-yə gələn və Ukrayna işğalına görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs orderi verilən Putin isə ev sahibliyi üçün Trampa təşəkkür edib. O, gülümsəyərək əlavə edib ki, növbəti dəfə onların Moskvada görüşməsi mümkündür.

Ardınca, o, ABŞ-nin Rusiya və keçmiş Sovet İttifaqı arasındakı tarixi münasibətlərini yüksək qiymətləndirdiyini, İkinci Dünya Müharibəsi dövründə iki ölkənin həyata keçirdiyi birgə missiyaları yada saldığını deyib. 

Rusiya liderinin sözlərinə görə, ABŞ və Rusiya ortaq dəyərləri bölüşür. Putin, həmçinin, Trampın tez-tez işlətdiyi, 2020-ci il prezident seçkilərində qalib gələcəyi halda Ukrayna müharibəsinin baş verməyəcəyi fikrini xatırladıb. 

Tramp Ukrayna prezidenti Volodimir Zelenski və NATO müttəfiqlərini görüşün nəticələri ilə bağlı məlumatlandıracağını deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Overçuk: "Tramp marşrutu" Ermənistan üçün yaxşıdırsa, biz də dəstəkləyirik 

15 Avqust 2025

Foto: Alexander Astafyev/POOL/TASS

Rusiya baş nazirinin müavini Aleksey Overçuk avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan arasında razılaşdırılan "Tramp marşrutu"nu ölkəsinin dəstəklədiyini deyib.  "Biz bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir. Əgər Ermənistan nəyinsə onlar üçün yaxşı olduğuna inanırsa, təbii ki, biz də onu dəstəkləyirik", - Overçuk deyib. Buna baxmayaraq, o əlavə edib ki, tərəflərlə "aydınlaşdırılmalı olan bəzi nüanslar" var.  Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqton görüşü ilə bağlı şərhində xatırladıb ki, Ermənistanın İranla sərhədi hələ də Rusiya sərhədçiləri tərəfindən qorunur.  “Vaşinqtonun regional kommunikasiya xətlərinin bərpasına dair açıqlamalarını diqqətlə qiymətləndirəcəyik. Rusiya ilə əldə olunmuş üçtərəfli razılaşmalar qüvvədə qalır, çünki...
Siyasət

Tramp Norveçin maliyyə nazirinə zəng edərək Nobel istəyib

15 Avqust 2025

Foto: Reuters

ABŞ prezidenti Donald Tramp Norveçin maliyyə naziri və keçmiş NATO baş katibi Cens Stoltenberqə zəng edərək Nobel Sülh Mükafatı istəyib.  Norveç mətbuatının xəbərinə görə, telefon zəngi ötən ay, Stoltenberq Oslo küçələrində gəzdiyi vaxt baş tutub.  Zəngdə Trampın, həmçinin, tarifləri müzakirə etdiyi bildirilir.  “Reuters” agentliyinə açıqlama verən nazir zəngdə tariflər və iqtisadi əməkdaşlığın müzakirə olunduğunu, lakin əlavə detallar verə bilməyəcəyini deyib.  Tramp artıq bir neçə dəfə ictimai şəkildə Nobel Sülh Mükafatı almaq istəyini dilə gətirib.  O, iyunda “Truth Social” sosial şəbəkəsində dünyada sülh üçün nə qədər çalışmasından asılı olmayaraq mükafatı almayacağından gileylənib.  “Xeyr, nə etsəm də – istər Rusiya-Ukrayna, istərsə də...

Seçilmiş Videolar

Toplum TV loqo