Siyasət

ABŞ-nin müttəfiqləri Hörmüz boğazına nəzarətə kömək etməyəcəyini deyir, Tramp gileylənir 

17 Mart, 2026
132

Foto/kollaj: Toplum TV

ABŞ-nin müttəfiqi sayılan ölkələr prezident Donald Trampın istəyinə uyğun olaraq Hörmüz boğazına nəzarətə kömək etməkdən imtina edib. 

Tramp martın 14-də "Truth Social" platformasında yazmışdı ki, Hörmüz boğazının bağlanmasından əziyyət çəkən ölkələr boğazdan keçmək istəyən neft tankerlərinin təhlükəsiz hərəkətini təmin etmək üçün bölgəyə hərbi gəmilər göndərməlidir. 

Fevralın 28-dən ABŞ və İsrailin hücumlarına məruz qalan İran cavab olaraq Hörmüz boğazını ABŞ, İsrail və onlara müttəfiq ölkələrin tankerlərinə bağlayıb. Bu ölkələrin neft tankerləri boğazı keçməyə çalışdıqları təqdirdə İran tərəfindən atəşə məruz qalır. 

Tramp martın 16-da Ağ Evdə jurnalistlərə deyib ki, bəzi ölkələr boğazın açılması üçün dəstək verməyə razılaşıblar. O, nümunə olaraq Fransanın adını çəkib. 

Halbuki Fransa prezidenti Emmanuel Makron martın 16-da jurnalistlərə deyib ki, ölkəsi boğazın "yalnız tədricən, münaqişənin ən qaynar fazası başa çatdıqdan sonra" açılmasına dəstək verəcək.

Digər ölkələr isə açıq şəkildə Trampın istəyinə əməl etməyəcəklərini bildiriblər.

“Bu, bizim müharibəmiz deyil, bunu biz başlatmamışıq", - Almaniyanın müdafiə naziri Boris Pistorius martın 16-da jurnalistlərə deyib. 

“İspaniya boğazın açıq qalmasını təmin etmək üçün heç bir müvəqqəti tədbirə qoşulmağı qəbul etməyəcək, çünki məqsəd müharibənin bitməsi olmalıdır və onun məhz indi bitməsi lazımdır", - İspaniyanın müdafiə naziri Marqarita Roblz bildirib. 

Böyük Britaniya, İtaliya, Yaponiya, Avstraliya, Yunanıstan və Hollandiya da boğaza hərbi gəmilər göndərməkdən imtina edib. 

Tramp martın 16-dakı çıxışında dəstək verməkdən imtina edən və ya tərəddüd edən ölkələrdən şikayətlənib:

"Mən həmişə deyirdim ki, biz NATO ölkələrini qoruyuruq, amma lazım olanda onlar bizi qorumayacaq. Mən demirəm ki, bizim onların köməyinə ehtiyacımız var, amma onlar dərhal bizim köməyimizə gəlməlidirlər. Çünki biz 40 ildir onları qorumuşuq".

İranın xarici işlər naziri Abbas Əraqçi isə "Telegram" kanalında yazıb ki, Hörmüz boğazı açıqdır, sadəcə İranın düşmənlərinə bağlıdır. 

Son günlərdə İran Çinin, Türkiyənin və Pakistanın tankerlərinə boğazdan keçməsinə icazə verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo