Foto: Reuters
ABŞ Senatı İrana qarşı aparılan hərbi əməliyyatları dəstəkləyib.
Martın 4-də Senatda prezident Donald Trampın İrana qarşı hücum əmri vermək səlahiyyətini məhdudlaşdırmağa çağıran qətnamə səsə qoyulub.
Hakimiyyətdə olan Respublikaçılar Partiyasının çoxluq təşkil etdiyi Senatda 47 nəfər qətnamənin lehinə, 53 nəfər əleyhinə səs verib.
Demokratlar Partiyasından olan senatorlar ABŞ konstitusiyasının müharibə elan etmək səlahiyyətini yalnız Konqresə verdiyini qeyd ediblər.
Tramp İrana hücumların başladığını elan etdiyi çıxışında bunu “müharibə” adlandırmayıb, lakin sonradan mətbuata açıqlamalarında dəfələrlə “müharibə” sözünü işlədib.
"Siz ayağa qalxıb bunun müharibə kimi xarakterizə ediləcək səviyyəyə gətirib çıxarmayacağını deyə bilməzsiniz. Siz ayağa qalxıb bunun bitdiyini və heç bir qoşunun İrana qarşı hərbi əməliyyatlarda iştirak etmədiyini deyə bilməzsiniz. Senat üzvləri, bu müharibədir!", - qətnamənin müəllifi olan Demokrat senator Tim Keyn səsvermədən əvvəl zaldakı çıxışında deyib.
Fevralın 28-də ABŞ və İsrail ordusu İrana havadan zərbələr endirməyə başlayıb. İran da qarşılığında Yaxın Şərqdəki ABŞ bazalarına, İsrailə, habelə digər Yaxın Şərq ölkələrinə raket zərbələri endirir.
İranın Qırmızı Aypara Cəmiyyətinin martın 4-ə olan məlumatına görə, İranda ölənlərin sayı 1000-i keçib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”