Siyasət

Qızı: “Tofiq Yaqublu dörd həftədir həyat yoldaşına etibarnamə verə bilmir”

21 Sentyabr, 2026
9

sosial media

Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun həyat yoldaşına etibarnamə verməsi məsələsi dörd həftədir həll olunmur.

Bu barədə siyasətçinin qızı Nigar Həzi qsentyabrın 21-də atası ilə telefon danışığından sonra sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Yaqublu həyat yoldaşı Maya Yaqubluya etibarnamə vermək istəsə də, aidiyyəti qurumlar məsuliyyəti bir-birinin üzərinə atırlar.

“Gah deyirlər ki, bu işə Ədliyyə Nazirliyi baxır, gah da deyirlər Penitensiar Xidmət. Uzun sözün qısası, o, bunun üstünə atır, bu da onun. Hələ də anam etibarnaməni ala bilməyib”, - N.Həzi qeyd edib.

O, həmçinin atasına həbsxanada təzyiqlərin artdığını və saxlanma şəraitinin dözülməz həddə çatdığını bildirib.

“Haqsız yerə həbs olunması azmış kimi, hələ üstəlik həbsxana içində də həyatını cəhənnəmə çeviriblər”, - o yazıb.

İddialara Penitensiar Xidmət hələlik münasibət bildirməyib.

Tofiq Yaqublu ötən il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

O, külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə ittihamları ilə təqsirli bilinib.

Yaqublu ittihamları siyasi motivli sayır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Toplum TV işi”: Müdafiə tərəfinin vəsatətləri müzakirəyə çıxarılmadan rədd edilib

21 Sentyabr 2026

Toplum TV

Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə həbs 12-15 il həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılıb. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin verdiyi 8 vəsatətin heç biri müzakirəyə çıxarılmayıb. Müşavirədən qayıdan məhkəmə heyəti vəsatətlərin rədd edildiyini elan edib. İclas zamanı məhkəmə heyəti ilə təqsirləndirilən şəxslər arasında mübahisə yaranıb. Buna hakimin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanova “sən” deyə müraciət etməsi səbəb olub. Qurbanov hakimdən nəzakət qaydalarına riayət etməsini tələb etdikdən sonra məhkəmə zalından çıxarılıb. III Respublika Platformasının qurucu heyətinin üzvü Ruslan İzzətli də çıxışında məhkəmə prosesinin aparılmasını...
Siyasət

Ramiz Mehdiyevin məhkəməsi başlayıb

21 Sentyabr 2026

sosial media

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. “Report”un məlumatına görə, hakim Murad Aslanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub. Məhkəmə işin baxışa təyin edilməsi barədə qərar qəbul edib. Növbəti iclasın tarixi açıqlanmayıb. Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi açılıb. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi onun barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Bu müddət sonradan bir neçə dəfə uzadılıb. Həmin ilin noyabrında bu iş üzrə Eldar Əmirov...

Seçilmiş Videolar

Toplum TV loqo