Siyasət

AİHM Azərbaycandan çıxmağına "stop" qoyulmuş şəxslərlə bağlı hökumətlə kommunikasiya başladıb

10 Aprel, 2026
191

Açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müxtəlif vaxtlarda Azərbaycandan çıxışına qadağa qoyulmuş 16 nəfərin şikayətləri üzrə hökumətlə kommunikasiya başladıb. 

Bu barədə vəkil Fariz Namazlı sosial media hesabında xəbər verib. 

Məhkəmə hökumətə həmin şəxslərin hərəkət azadlığına qoyulan məhdudiyyətlərin hüquqi əsasları və prosedurlarla bağlı suallar ünvanlayıb. 

Ərizəçilər, əsasən, müxtəlif cinayət işləri üzrə təqsirləndirilən şəxs və ya şahid kimi tanınmış jurnalistlər, fəallar və başqa ictimai fiqurlardır. 

Onların arasında jurnalistlər Ülviyyə Əli (Quliyeva), Xədicə İsmayıl, Sahilə Aslanova, Minaxanım Əlyarlı, iqtisadçı Toğrul Vəliyev, ictimai fəallar Elgiz Qəhrəman və İlhamiz Quliyev də var. Ü.Əli və İ.Quliyev hazırda həbsdədir. 

AİHM bu yaxınlarda X.İsmayılın Azərbaycandan çıxış hüququnun məhdudlaşdırılması barədə şikayətinə baxıb və hüquq pozuntusunu tanıyıb. Məhkəmə hökumətin jurnalistə 12 min avro təzminat ödəməsinə qərar verib. 

F.Namazlı xatırladıb ki, Azərbaycan qanunvericiliyi cinayət işləri üzrə şahid kimi tanınmış şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulmasını nəzərdə tutmur. 

"Miqrasiya Məcəlləsinə əsasən, qətimkan tədbirləri yalnız şübhəli və ya təqsirləndirilən şəxslərə tətbiq edilə bilər və şahidlərin hərəkət azadlığının məhdudlaşdırılması üçün hüquqi əsas mövcud deyil. Buna baxmayaraq, istintaq və məhkəmə təcrübəsində şahid qismində dindirilən şəxslərin ölkədən çıxışına qadağalar qoyulması halları müşahidə olunur. Belə hallarda şəxslər faktiki olaraq ölkəni tərk etmək imkanından məhrum edilir, lakin onların bu məhdudiyyəti effektiv şəkildə məhkəmə qaydasında mübahisələndirməsi üçün aydın və işlək hüquqi mexanizm mövcud olmur", - o qeyd edib. 

Vəkilin sözlərinə görə, Avropa Məhkəməsi Azərbaycana qarşı baxdığı bir çox işlərdə müəyyən edib ki, şahidlərin ölkədən çıxışına tətbiq edilən bu cür məhdudiyyətlər qanunla nəzərdə tutulmadığı və yetərli hüquqi əsaslandırmaya malik olmadığı üçün Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsi ilə qorunan hərəkət azadlığı hüququnun pozuntusuna səbəb olur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo