Siyasət

Albaniya baş naziri süni intellektlə işləyən "bot"u nazir təyin edib

12 Sentyabr, 2025
71

Foto: Albanian Times

Albaniyada süni intellektlə işləyən "bot" nazir təyin olunub. 

Albaniyanın baş naziri Edi Rama bildirib ki, "nazir" dövlət satınalmalarına rəhbərlik edəcək. 

O, qərarı hökumətdə korrupsiyanı azaltmaq məqsədilə izah edib. 

Diella" (albanca "günəş" deməkdir - red.) adını daşıyan "bot" ilkin olaraq bu ilin yanvarında vətəndaşlara dövlət xidmətlərindən onlayn istifadə etməyə kömək etmək məqsədilə yaradılıb. 

"Diella" "e-Albania" portalında istifadəçilərə məsləhət verir, onlara səsli mesajlar vasitəsilə dövlət xidmətlərinin təxminən 95%-nə rəqəmsal şəkildə çıxış əldə etmək üçün lazım olan bütün bürokratik işlərdə kömək edir.

""Diella" ictimai tenderləri 100% korrupsiyadan azad etməyə kömək edəcək”, – Rama sentyabrın 11-də bildirib.

Ramanın sözlərinə görə, "Diella" dövlətin özəl şirkətlərlə bağladığı bütün tenderləri araşdıracaq və hər birinin üstünlüklərini "obyektiv şəkildə" qiymətləndirəcək. 

May ayında yenidən hökumət başçısı seçilmiş Rama daha əvvəl bəyan etmişdi ki, süni intellekti "korrupsiyaya qarşı effektiv vasitə" kimi görür və bunun rüşvət və təhdidləri aradan qaldıra biləcəyinə inanır.

Albaniyada dövlət tenderləri uzun müddət korrupsiya qalmaqallarının mənbəyi olub.

Mütəxəssislər bildirirlər ki, ölkə narkotik və silah qaçaqmalçılığından əldə olunan pulların yuyulması üçün beynəlxalq cinayətkar qruplar üçün bir mərkəzə çevrilib və korrupsiya hökumətin yuxarı eşelonlarına qədər sirayət edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Britaniya daha bir azərbaycanlıya sanksiya tətbiq edib 

12 Sentyabr 2025

Foto: açıq mənbə

Böyük Britaniya Rusiyanın Ukraynanı işğalı ilə əlaqədar daha bir azərbaycanlıya sanksiya tətbiq edib.  Sentyabrın 12-də Britaniya hökumətinin saytında dərc olunan 100 yeni sanksiya Rusiya prezidenti Vladimir Putinin "gəlir mənbələrini məhdudlaşdırmağı" hədəfləyir.  Sanksiyalar Rusiya neftini daşıyan 70-dən çox gəmi və Rusiya ordusunun təchizatına kömək edən 27 şirkət və 3 şəxsə qarşı tətbiq olunur.  Şəxslər arasında Türkiyədə yerləşən "Mastel Makina" şirkətinin azərbaycanlı direktoru Şanlıq Şükürov da var. Digər iki şəxs isə Çində yerləşən "Shenzhen Blue Hat" şirkətinin rusiyalı sahibləri Elena Malitsikaya və Aleksey Malitskidir.  Bəyanatda göstərilir ki, bu şəxslərin rəhbərlik etdiyi şirkətlərin istehsal etdiyi elektronik avadanlıqlar "Putinin Ukrayna xalqını öldürmək üçün qəddarcasına...
Siyasət

Belarus 52 "siyasi məhbus"u azad edib

12 Sentyabr 2025

Foto: açıq mənbə

Belarus hakimiyyəti müxtəlif ölkələrdən olan 52 məhbusu azad edib.  Bu addım ABŞ nümayəndə heyətinin Minskə səfərindən sonra atılıb. Qərar 1994-cü ildən ölkəyə rəhbərlik edən prezident Aleksandr Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında əldə olunan razılaşmanın bir hissəsi olaraq təsvir olunur.  Azad olunanlar arasında Belarusdan olan həmkarlar ittifaqlarının rəhbərləri, jurnalistlər və fəallar var. Eyni zamanda, altı litvalı, iki latviyalı, iki polyak, iki alman, bir ingilis və bir fransız da azad olunub.  Lakin hələ də 1000-dən çox "siyasi məhbus" Belarusda həbsdə qalır. Bunun qarşılığında ABŞ Belarusun “Belavia” aviaşirkətinə tətbiq olunan bəzi sanksiyaların  yumşaldılacağını bəyan edib. Nəticədə, şirkət təyyarələri üçün ehtiyat hissələri...

Seçilmiş Videolar

Toplum TV loqo