Siyasət

Avropa Məhkəməsi "Tərtər işi" üzrə həbsdə olmuş şəxslərin işi ilə bağlı kommunikasiyaya başlayıb

12 May, 2026
294

Michel Christen

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Tərtər işi" kimi tanınan hadisələr zamanı həbs olunmuş 10 hərbçinin işi ilə bağlı Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, onlar Müşfiq Əhmədli, Rauf Orucov, Turan İbrahimli, Emin Adilzadə, Nasif Əliyev, Mirpaşa Mehdiyev, Atabəy Rəhimov, Məcid Qasımov, Faiq Əhmədov və Emil Əliyevdir. 

Şikayətçilər 2017-ci ildə "Tərtər işi" çərçivəsində dövlətə xəyanət də daxil olmaqla bir neçə ittihamla həbs olunub və 20 ilə qədər həbs cəzaları alıblar. Yalnız 2021-ci ilin dekabrında "Tərtər işi"nin istintaqı yeniləndikdən sonra onlara bəraət verilib və azad olunublar. 

Ərizəçilər həbs olunduqları zaman Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu iddia edirlər. Onlar dindirmə zamanı işgəncə altında həm özlərinə, həm də bir-birinə qarşı yalan ifadə verməyə məcbur edildiklərini, həmin ifadələr əsasında çıxarılan hökmlərin isə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanıldığını bildirirlər.

AİHM Azərbaycan hökumətindən bu şəxslərin məhkəmə prosesində ədalətli mühakimə hüququnun və tərəflərin bərabərliyi prinsipinin qorunub-qorunmadığına dair izahat tələb edib.

Bu yaxınlarda AİHM Tərtərdə işgəncələr nəticəsində həyatını itirmiş hərbçilərin ailə üzvlərinin şikayəti əsasında da hökumətə sorğu göndərib. Onlar polkovnik Saleh Qafarovun həyat yoldaşı Natəvan Qafarova və hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədovadır. 

2017-ci ilin mayında Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələr nəticəsində 11 nəfər həyatını itirib, yüzlərlə şəxs hərbi xidmətdən tərxis olunub. 

"Tərtər işi"nin istintaqı yeniləndikdən sonra 452 nəfər zərərçəkmiş qismində tanınıb. İşgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanlardan 13 nəfərə 4 il 10 aydan 13 ilədək həbs cəzası kəsilib. 

Zərərçəkənlər isə həbs olunanların sadəcə əmr yerinə yetirdiyini bildirir və hadisələrin sifarişçilərinin cəzalandırılmasını tələb edir. 

Adı hallanan vəzifəli şəxslər arasında müdafiə naziri Zakir Həsənov, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıxov, keçmiş hərbi prokuror Xanlar Vəliyev də var. Lakin onlar istintaq və məhkəmələrdə dindirmələrə cəlb edilməyiblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo