şəxsi arxivi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon şöbəsinin üzvü Tərlan Baxışlı inzibati qaydada həbs edilib.
Bu barədə AXCP-nin yaydığı məlumatda deyilir.
Məlumata görə, T.Baxışlı sentyabrın 26-da kirayə yaşadığı evdən çıxıb və sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
“Ailəsinin verdiyi məlumata görə AXCP Nizami rayon Şöbəsinin fəalı Tərlan Baxışlıya 20 sutka inzibati həbs cəzası verilib”, - məlumatda deyilir.
Hazırda partiyanın sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox üzvü həbsdədir.
Həsb olunanlar ittihamları rədd edirlər və həbslərinin siyasi fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.
Hüquq müdafiəçilərinin hesablamasına görə, Azərbaycanda 300-dən çox siyasi məhbus hesab edilən şəxs var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
şəxsi arxivi
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”