Siyasət

"Amnesty International": "Qızları hicaba görə dərsə buraxmamaq təhsil hüququnun pozuntusudur" 

19 Oktyabr, 2026
13

sosial media

"Amnesty International" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda məktəblərdə hicaba qadağa qoyulmasını qınayıb. 

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Mari Struters oktyabrın 16-da yaydığı bəyanatda Azərbaycan hökumətini qadağanı ləğv etməyə çağırıb. 

"Dinc etirazçıların zorakı iğtişaşların iştirakçıları ilə birlikdə kütləvi şəkildə həbs edilməsi, qızının məktəbdən kənarlaşdırılmasına etiraz edən ananın saxlanıldığı barədə məlumatlar və zərərçəkmiş qızlara kömək etməyə çalışan fəalın yoxa çıxması Azərbaycanda dinc etiraz hüququnun qanuni şəkildə həyata keçirilməsinin zorakılıqla yatırılmasının, eləcə də ifadə azadlığına və bütün müxalif fikirlərə qarşı təzyiqlərin səciyyəvi nümunələridir", - o qeyd edib. 

"Hicab taxdıqlarına görə qızların sinif otaqlarına buraxılmaması ayrı-seçkilikdir və onların təhsil hüququnu, din və ifadə azadlıqlarını pozur. Dövlət təhsilinin dünyəvi xarakter daşıması dini geyimlərə ümumi qadağa qoyulmasına haqq qazandırmır", - Struters əlavə edib. 

Oktyabrın 12-dən etibarən Azərbaycanda hicablı şagird və müəllimlərin məktəblərə girişinə icazə verilmir. Məktəb direktorları qadağanı Nazirlər Kabinetinin sentyabrın 21-də şagirdlər, oktyabrın 6-da isə müəllimlər üçün qəbul etdiyi geyim qaydaları ilə əsaslandırır. Qaydalarda hicabın qadağan olunduğu yazılmasa da, geyimlərin dünyəvilik prinsipinə uyğun olmalı olduğu qeyd olunur. 

Daxili İşlər Nazirliyi qadağaya etiraz edən 37 nəfərin saxlandığı və barələrində ictimai qaydanın pozulması maddəsi ilə cinayət işi açıldığını bildirib. 

Etiraz edən valideynlərdən biri, Maştağa sakini Şahizər Hüseynova oktyabrın 13-də saxlanılıb və iki gün sonra ev dustaqlığına buraxılıb. O, oktyabrın 17-də yenidən mülki geyimlilər tərəfindən saxlanıldığını və telefonunun əlindən alındığını xəbər verib. 

Hicablı şagirdlər üçün təhsil platforması yaradan ictimai fəal İlkin Hüseynov isə inzibati qaydada 30 sutkalıq həbs olunub. Onun yaratdığı platformanın saytına və sosial media hesabına giriş məhdudlaşdırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

143 milyon manatlıq mənimsəmə işi üzrə həbs olunan polkovnik cəzası bitmədən azadlığa çıxıb 

19 Oktyabr 2026

sosial media

Müdafiə Nazirliyinin həbsdə olan keçmiş əməkdaşı, polkovnik Mahir Şirvanov cəza müddətini bitirmədən azadlığa çıxıb.  "Qafqazinfo"nun oktyabrın 16-da yaydığı xəbərə görə, bu barədə məhkəmə qərar verib və məhkumun cəzasının çəkilməmiş 5 ay 12 günü şərti hesab edilib. Məhkəmənin və qərarı verən hakimin adı açıqlanmayıb.  Xəbərdə deyilir ki, hakim qərarını məhkumun cəzasının dörddə üç hissəsini çəkməsi və islah olması ilə əsaslandırıb. Mahir Şirvanov Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi olub. O, 2022-ci ildə nazirliyin daha 6 əməkdaşı ilə birlikdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.  Həbs olunan şəxslər dövlət büdcəsindən ümumilikdə 143 milyon manat məbləğində vəsaiti mənimsəməkdə ittiham olunublar.  Bakı Hərbi...
Siyasət

Aynur Elgünəş Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb

19 Oktyabr 2026

Meydan TV

"Meydan TV"nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qənbərova) Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.  Bu barədə oktyabrın 18-də vəkil Zibeydə Sadıqova məlumat yayıb. O xatırladıb ki, jurnalistin səhhətində ciddi problemlər var, hazırda isə ən böyük təhlükə böyrəyində formalaşıb.  A.Elgünəşin yaxınlarının daha öncə yaydığı məlumata görə, oktyabrın 14-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında jurnalistin vəziyyəti daha da pisləşib. Onun arterial təzyiqinin əvvəlcə 150/80-ə yüksəldiyi, üzünün rənginin saraldığı, diafraqma nahiyəsində sıxılma yarandığı və nəfəs almaqda çətinlik çəkdiyi bildirilirdi.  “Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur. 2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac...

Seçilmiş Videolar

Toplum TV loqo