Siyasət

Azərbaycan LGBTQ+ hüquqlarının qorunması üzrə Avropada sondan ikinci yerdə qərarlaşıb

2 İyun, 2026
205

Açıq mənbə

Avropada LGBTQ+ şəxlərin hüquqlarını müdafiə edən “ILGA-Avropa” təşkilatı 2026-cı il üzrə “Göyqurşağı Xəritəsi”ni açıqlayıb. 

“Göyqurşağı Xəritəsi” Avropa ölkələrində qanun və dövlət siyasətlərinin LGBTQ+ şəxslərin hüquqlarını 100 faizlik şkala üzərində nə dərəcədə qoruduğunu ölçür. 

49 ölkənin yer aldığı siyahıya 89 faizlə İspaniya başçılıq edib. İkinci və üçüncü yerləri Malta (88 faiz) və İslandiya (86 faiz) tutub. 

Azərbaycan isə 2 faizlik göstərici ilə ötən il olduğu kimi yenə də 48-ci yerdə qərarlaşıb. Təşkilat hesabatında Azərbaycanla bağlı xüsusi qeydində bildirir ki, bu göstərici “ölkədəki avtokratik rejimin insan hüquqlarını sistemli şəkildə pozmasını özündə əks etdirir”. 

Qonşu ölkələrdən Gürcüstan 12 faizlə 44-cü, Ermənistan 9 faizlə 45-ci, Türkiyə 5 faizlə 47-ci, Rusiya isə 2 faizlə sonuncu yeri tutub. 

“Göyqurşağı Xəritəsi” 2009-cu ildən hazırlanır. Siyahının hazırlanmasında 76 meyardan istifadə edilir və bunlar yeddi tematik kateqoriyaya bölünür: bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi, ailə qurmaq hüququ, nifrət cinayəti və nifrət nitqindən müdafiə, qanuni gender tanınması, interseks bədən bütövlüyü, vətəndaş cəmiyyəti məkanı və sığınacaq almaq hüququ. 

Azərbaycan artıq illərdir ki, bu reytinqdə sonuncu yerlərdə qərarlaşır.

Hakimiyyət isə ölkədə heç bir şəxsin hüquqlarının pozulmadığını bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo