Azərbaycan mətbuat azadlığı indeksində 180 ölkə arasında 171-ci yeri tutub
Reuters
“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuat azadlığı təşkilatı (RSF) Dünya Mətbuat Azadlığı Günü münasibətilə növbəti illik hesabatını yayımlayıb.
RSF bildirir ki, 180 ölkədə mətbuat azadlığının səviyyəsini ölçən indeks ümumilikdə dünyada bu sahədə geriliyin baş verdiyini göstərir.
Belə ki, indeksin ölçüldüyü son 25 ildə ilk dəfə olaraq ölkələrin yarısından çoxunda mətbuat azadlığının vəziyyəti “çətin” və ya “çox ciddi” olaraq qiymətləndirilib. Müqayisə üçün, 2002-ci ildəki indeksdə ölkələrin cəmi 13,7 faizində vəziyyət bu cür hesab olunurdu.
Azərbaycan isə 23,95 balla ötən il tutduğu 167-ci yerdən 171-ci pilləyə qədər geriləyib.
Qonşu ölkələrdən Gürcüstan 21 pillə geriləyərək 135-ci, Ermənistan 16 pillə geriləyərək 50-ci yerə düşüb. Türkiyə 163-cü, Rusiya 172-ci, İran isə 177-ci pillələrdə qərarlaşıb.
İlk üçlüyü ardıcıl olaraq Norveç, Hollandiya və Estoniya tutub. ABŞ isə 64-cü pillədə yer alıb.
Ən yüksək irəliləyişə Suriya nail olub. Ötən il ən son pillədə qərarlaşan bu ölkə 36 pillə irəliləyərək 141-ci yerə çıxıb. Bu, 2024-cü ilin dekabrına qədər hakimiyyətdə olan Bəşər Əsədin çevriliş nəticəsində devrilməsindən sonra jurnalistlərin fəaliyyəti üçün şəraitin yaxşılaşması ilə izah olunur.
"Toplum TV" əməkdaşları da daxil olmaqla Azərbaycanda 30-a yaxın jurnalist həbsdədir. Beynəlxalq və yerli hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyır.
Jurnalistlər qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq da daxil olmaqla bir neçə maddə ilə ittiham olunurlar. Özləri isə ittihamları qəbul etmir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”