Siyasət

Bəhruz Səmədov saxlanma şəraitindən şikayət edir

26 Mart, 2026
224

Foto: sosial media

Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov saxlanma şəraitindən narazı olduğunu bildirir və informasiyaya çıxışının məhdudlaşdırıldığını qeyd edir.

Bu barədə sülh fəalının özü ictimai fəal Əmrah Təhməzovun vasitəsilə ictimailəşdirdiyi müraciətdə məlumat verib. 

"Məni bir otaqda saxlayırlar. Gün ərzində cəmi 2 saatlıq, çox kiçik, 1 metrlik balkona çıxmağa icazə verirlər. Otağımdan da televizoru və radionu götürüblər, heç nə yoxdur. Saxlanılma şəraitim çox bərbaddır. Həkimlərin mənə yazdığı bir neçə dərmanı da vermirlər", - o qeyd edib. 

B.Səmədov hələ də özünə məxsus bank hesabından pul götürməsi üçün nənəsinə etibarnamə verməyə imkan verilmədiyini əlavə edib. 

"Bəhanə edirlər ki, mənim şəxsiyyət vəsiqəm itib. Mən gərək müraciət edəm, Asan Xidmət işçiləri gələ, mən cərimə, rüsum filan ödəyəm, mənə təzə vəsiqə versinlər, sonra yenidən etibarnamə üçün rüsum ödəyib, müraciət edəm. Mən nəyə görə bu pulları xərcləməliyəm? Mənim bu rüsumlara pulum yoxdur. Mənim vəsiqəm sizdədir. Verin vəsiqəmi. Mənim anamdan qalan 3-5 manat puldan əllərinizi və gözünüzü çəkin. İmkan verin, qoca nənəm o puldan istifadə edə bilsin. İmkan verin, qoca nənəm mənim yanıma azuqə gətirmək üçün o hesabdan pul çıxara bilsin", - o vurğulayıb. 

Bəhruz Səmədovun iddiaları ilə bağlı aidiyyəti qurumlar hələlik açıqlama verməyib.

Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.

Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

Bəhruz Səmədov məhkəmələrin birində bildirib ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülhü müdafiə edib. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo