Siyasət

Ərdoğanın baş müşaviri: “Təhsil hüququ ideoloji müdaxilələrə qurban verilməməlidir”

13 Oktyabr, 2026
33

hürriyet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral Azərbaycanda məktəblərdə hicablı şagirdlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib.

O, bu barədə “X” hesabında paylaşım edib. Saral hicab taxdıqlarına görə şagirdlərin təhsil hüququndan məhrum edilməsini “qəbuledilməz” adlandırıb.

“İnancına uyğun olaraq başını örtən şagirdi məktəbə buraxmamaq hansı vicdana və ədalətə sığır? Hicab maneə deyil, inancın tələbidir. Təhsil hüququ ideoloji müdaxilələrə qurban verilməməlidir. Azərbaycanın bu yanlış addımdan tezliklə geri dönəcəyinə ümid edirik. Gənclərin gələcəyinə mane olmaq yox, onların yolunu açmaq lazımdır”, - deyə o qeyd edib.

Son günlər Azərbaycanda bir sıra dövlət ümumi təhsil məktəblərində hicablı şagirdlərin dərsə buraxılmadığı bildirilir. Hicablı müəllimlər də hicablarını açmaq və ya işdən çıxmaq seçimi qarşısında qoyulduqlarını deyirlər.

Məlumata görə, məktəb rəhbərlikləri bu məhdudiyyətləri tətbiq edərkən Nazirlər Kabinetinin sentyabrın 21-də şagirdlər, oktyabrın 6-da isə müəllimlər üçün qəbul etdiyi geyim qaydalarına istinad edir.

Qaydalarda hicabın qadağan olunduğu göstərilməsə də, geyim formalarının dünyəvilik prinsipinə uyğun olmalı olduğu qeyd edilir.

Qərar inanclı fəalların və valideynlərin etirazına səbəb olub. Onlar qərarın hicablı şagirdlərin təhsil hüququnu məhdudlaşdırdığını bildirirlər.

Daxili İşlər Nazirliyi (DİN) dövlət məktəblərində vahid geyim qaydalarının tətbiqi ilə bağlı baş verən insidentlərə görə 37 nəfərin saxlanıldığını bildirib.

Nazirliyin iddiasına görə, Bakıda bir qrup şəxs geyim qaydalarının tətbiqi ilə bağlı təhsil işçiləri ilə münaqişə yaradıb, təhsil müəssisələrinə zərər vurub və məktəblərin normal fəaliyyətinə mane olmağa cəhd edib.

DİN faktla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başladıldığını açıqlayıb. Həmin maddə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etməyi və ya bu cür hərəkətlərdə fəal iştirak etməyi nəzərdə tutur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Nəsimi Musayev: “Heç kimə zərər vermək niyyətim olmayıb”

13 Oktyabr 2026

sosial media

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirilmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb. “Musayev ifadəsində bildirib ki, erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətində olmayıb. Onun sözlərinə görə, ev sahibəsindən bir neçə dəfə onu buraxmasını xahiş edib, lakin qadın silahından yapışıb və o, atəş açmaq məcburiyyətində qalıb. Bundan başqa, Musayev yazılı ifadəsində hadisədən sonra qadının və ailə üzvlərinin ona hücum etdiklərini, bıçaqla xəsarət yetirdiklərini və döydüklərini bildirib”, - qəzet yazır. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı irəli sürülən ittihamın...
Siyasət

Bolqarıstan yaxınlığında gəmilərə hücumda azərbaycanlıların xəsarət aldığı deyilir

13 Oktyabr 2026

sosial media

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanın Bolqarıstanın ərazi suları yaxınlığında ticarət gəmilərinə hücumu nəticəsində Azərbaycan və Ukrayna vətəndaşlarının xəsarət aldığını bildirib. O, bu barədə “X” hesabında yazıb və Rusiyaya qarşı təzyiqlərin artırılmasına çağırıb. Sibiqanın sözlərinə görə, hücum Moskvanın mülki şəxslərin həyatına və Qara dənizdə təhlükəsizliyə etinasız yanaşdığını bir daha göstərir. “Reuters”in məlumatına görə, hücuma məruz qalan gəmilərdən biri Maltanın bayrağı altında üzən “Chelsea 3” olub. Bolqarıstanın baş naziri Rumen Radevin sözlərinə görə, gəmi Bolqarıstan sahillərindən təxminən 18 dəniz mili aralıda üç dronla vurulub. Ekipajın 15 üzvünün hamısı xilas edilib. Onlardan 8-i Azərbaycan, 7-si Ukrayna vətəndaşıdır. Beş nəfərə tibbi yardım...

Seçilmiş Videolar

Toplum TV loqo