Bolqarıstan yaxınlığında gəmilərə hücumda azərbaycanlıların xəsarət aldığı deyilir
sosial media
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanın Bolqarıstanın ərazi suları yaxınlığında ticarət gəmilərinə hücumu nəticəsində Azərbaycan və Ukrayna vətəndaşlarının xəsarət aldığını bildirib.
O, bu barədə “X” hesabında yazıb və Rusiyaya qarşı təzyiqlərin artırılmasına çağırıb. Sibiqanın sözlərinə görə, hücum Moskvanın mülki şəxslərin həyatına və Qara dənizdə təhlükəsizliyə etinasız yanaşdığını bir daha göstərir.
“Reuters”in məlumatına görə, hücuma məruz qalan gəmilərdən biri Maltanın bayrağı altında üzən “Chelsea 3” olub. Bolqarıstanın baş naziri Rumen Radevin sözlərinə görə, gəmi Bolqarıstan sahillərindən təxminən 18 dəniz mili aralıda üç dronla vurulub. Ekipajın 15 üzvünün hamısı xilas edilib. Onlardan 8-i Azərbaycan, 7-si Ukrayna vətəndaşıdır. Beş nəfərə tibbi yardım göstərilib, xəsarətləri ağır olmayıb.
Digər gəmi isə batıb. Radevin sözlərinə görə, həmin gəminin ekipajından yalnız bir nəfər xilas edilib. Qalan ekipaj üzvlərinin taleyi barədə məlumat verilməyib.
Radev hücumu pisləsə də, hadisəyə görə məsul şəxsləri müəyyənləşdirmək üçün aydın sübutların olmadığını bildirib.
Oktyabrın 5-də də Rusiya ordusu Qara dənizdə, Rumıniya sahillərindən təxminən 20 dəniz mili aralıda qarğıdalı daşıyan mülki gəmiyə iki dronla zərbə endirib. Hücum nəticəsində gəminin kapitanı ölüb. Gəmidə Azərbaycan vətəndaşlarının da olduğu bildirilirdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ərdoğanın baş müşaviri: “Təhsil hüququ ideoloji müdaxilələrə qurban verilməməlidir”
hürriyet
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır