Siyasət

Cəmil Həsənli: “Ramiz Mehdiyevin məhkəməsi bitsə də, ölkədən çıxışıma qoyulan qadağa götürülməyib”

5 noyabr, 2026
35

sosial media

Tarixçi, Milli Şuranın sədri Cəmil Həsənli ölkədən çıxışına qoyulan qadağa səbəbindən 2027-ci ilin yanvarında ABŞ-də keçiriləcək Amerika Tarix Cəmiyyətinin illik toplantısında iştirak edə bilməyəcəyini bildirib.
Həsənli bu barədə noyabrın 5-də sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, sözügedən tədbir yanvarın 7-dən 10-dək ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində keçiriləcək. Cəmiyyətin üzvü olan Həsənli tədbirə dəvət olunduğunu bildirib.

C. Həsənli əlavə edib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə əlaqədar 2025-ci il noyabrın 30-da istintaq orqanı - Dövlət Təhlükəsizliyi Xidməti onun ölkədən çıxışına məhdudiyyət qoyub və şahid qismində ifadəsini alıb.
“"Ramiz Mehdiyevin məhkəmə prosesi oldu və bizi şahid kimi ora dəvət etmədilər. Bizim mövqeyimiz belə idi ki, nə Ramiz Mehdiyevin, nə də bir başqasının rəhbərliyi və ya iştirakı ilə ölkədə dövlət çevrilişi deyilən bir şey olub. Artıq məhkəmə başa çatıb. Bizim də məhkəmədə şahid kimi ifadə verməyimizi lazım bilməyiblər. Lakin stop stopluğunda qalır”, - Həsənli yazıb.

Həsənli bunu “dövlətin resurslarından qeyri-qanuni istifadə etməklə peşə fəaliyyətinə maneə olmaq aktı” kimi qiymətləndirib.

Mehdiyev barəsində cinayət təqibinə 2025-ci ilin oktyabrında başlanılıb. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi onun barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
R. Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunub. Onun ev dustaqlığının müddəti sonradan bir neçə dəfə uzadılıb.

Ötən ay məhkəmə istintaqı yekunlaşıb və R. Mehdiyev 14 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və onun müavini Məmməd İbrahim isə ötən il noyabrın sonunda həbs olunublar. Onların ilkin olaraq R. Mehdiyevlə bağlı açılmış cinayət işi çərçivəsində saxlanıldığı bildirilsə də, sonradan işlər bir-birindən ayrılıb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi - hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə yekun ittiham verilib. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ərdoğan: “Noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm”

5 noyabr 2026

sosial media

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycanın Zəfər Günü ilə əlaqədar Bakıya səfər etməyi planlaşdırır. Ərdoğan bunu noyabrın 5-də Cənubi Koreya səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib. “8 Noyabr Azərbaycanın Zəfər Günüdür. Fövqəladə bir vəziyyət yaranmasa, həmin gün Azərbaycana səfər etməyi düşünürəm. Ümid edirəm ki, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, - Ərdoğan deyib. O, Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı apardığını, həmçinin Türkiyənin kəşfiyyat rəhbərini və xarici işlər nazirini Azərbaycana göndərdiyini bildirib: “Azərbaycanla münasibətlərimiz adi diplomatik təmaslardan qat-qat artıqdır. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”. Ərdoğanın açıqlaması Bakı ilə Ankara arasında gərginliyin...
Siyasət

Sabunçu sakininin hicabla bağlı aksiyaya dəstək paylaşımından sonra 15 sutka həbs edildiyi bildirilir

5 noyabr 2026

sosial media

Sabunçu rayonunun sakini Şahin Abdulovun hicabla bağlı məhdudiyyətlərə qarşı keçirilməsi nəzərdə tutulan aksiyaya dəstək paylaşımından sonra inzibati qaydada həbs edildiyi bildirilir. Bu barədə onun yaxınları “Meydan TV”yə məlumat veriblər. Yaxınlarının sözlərinə görə, noyabrın 3-də Sabunçu Rayon Məhkəməsi Şahin Abdulov barəsində 15 sutkalıq inzibati həbs qərarı çıxarıb. Ailəsinin sözlərinə görə, onun hansı inzibati xəta üzrə məsuliyyətə cəlb edildiyi onlara açıqlanmayıb. “Facebook” sosial şəbəkəsində noyabrın 6-da hicabla bağlı məhdudiyyətlərə etiraz aksiyasının keçiriləcəyi barədə məlumat yayılıb. Şahin Abdulov da həmin aksiyada iştirak edəcəyini bildirən paylaşım edib. Onun həbsinin də bu paylaşımın ardından baş verdiyi qeyd olunur. Hicabla bağlı narazılıqlar Nazirlər Kabinetinin sentyabrın 21-də...

Seçilmiş Videolar

Toplum TV loqo