Siyasət

Ərdoğan: “Noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm”

5 noyabr, 2026
6

sosial media

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycanın Zəfər Günü ilə əlaqədar Bakıya səfər etməyi planlaşdırır.
Ərdoğan bunu noyabrın 5-də Cənubi Koreya səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
“8 Noyabr Azərbaycanın Zəfər Günüdür. Fövqəladə bir vəziyyət yaranmasa, həmin gün Azərbaycana səfər etməyi düşünürəm. Ümid edirəm ki, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, - Ərdoğan deyib.

O, Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı apardığını, həmçinin Türkiyənin kəşfiyyat rəhbərini və xarici işlər nazirini Azərbaycana göndərdiyini bildirib:
“Azərbaycanla münasibətlərimiz adi diplomatik təmaslardan qat-qat artıqdır. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”.

Ərdoğanın açıqlaması Bakı ilə Ankara arasında gərginliyin yarandığı dövrə təsadüf edir.
Gərginliyin səbəblərindən biri Azərbaycanda məktəblərdə hicabla bağlı tətbiq edilən geyim qaydalarına Türkiyədə hakimiyyətə yaxın şəxslərin etirazı olub. Türkiyə prezidentinin baş müşaviri Oktay Saral Azərbaycandakı qərarı tənqid edib. Bir neçə gün sonra Saral vəzifəsindən azad edilib.

Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə vətəndaşlarının ölkənin daxili işlərinə müdaxilə etməməli olduğunu bəyan edib və 31 Türkiyə vətəndaşı arzuolunmaz şəxs elan edilib.
Oktyabrın 29-30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşündə İlham Əliyev iştirak etməyib. Ərdoğan onu şəxsən dəvət etsə də, Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.

Azərbaycan tərəfi Əliyevin zirvə görüşünə qatılmamasını əvvəlcədən planlaşdırılmış tədbirlər və iş qrafiki ilə əlaqələndirib. Prezident həmin gün Bakıda FIFA U-15 Dünya Kubokunun bağlanış mərasimində iştirak edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Sabunçu sakininin hicabla bağlı aksiyaya dəstək paylaşımından sonra 15 sutka həbs edildiyi bildirilir

5 noyabr 2026

sosial media

Sabunçu rayonunun sakini Şahin Abdulovun hicabla bağlı məhdudiyyətlərə qarşı keçirilməsi nəzərdə tutulan aksiyaya dəstək paylaşımından sonra inzibati qaydada həbs edildiyi bildirilir. Bu barədə onun yaxınları “Meydan TV”yə məlumat veriblər. Yaxınlarının sözlərinə görə, noyabrın 3-də Sabunçu Rayon Məhkəməsi Şahin Abdulov barəsində 15 sutkalıq inzibati həbs qərarı çıxarıb. Ailəsinin sözlərinə görə, onun hansı inzibati xəta üzrə məsuliyyətə cəlb edildiyi onlara açıqlanmayıb. “Facebook” sosial şəbəkəsində noyabrın 6-da hicabla bağlı məhdudiyyətlərə etiraz aksiyasının keçiriləcəyi barədə məlumat yayılıb. Şahin Abdulov da həmin aksiyada iştirak edəcəyini bildirən paylaşım edib. Onun həbsinin də bu paylaşımın ardından baş verdiyi qeyd olunur. Hicabla bağlı narazılıqlar Nazirlər Kabinetinin sentyabrın 21-də...
Siyasət

Ermənistan İstintaq Komitəsinin sədri: “Nəsimi Musayevin kimisə öldürmək niyyəti olmayıb”

5 noyabr 2026

sosial media

Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan bildirib ki, oktyabrın 1-də Ermənistan ərazisinə keçərək evində bir qadını yaraladığı deyilən Azərbaycan hərbçisinin kimisə öldürmək niyyəti olmayıb. O, hadisə ilə bağlı aparılan istintaqı şərh edərkən bu qənaətin işin faktiki halları əsasında formalaşdığını deyib. Ermənistan İstintaq Komitəsi oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayevi ağır bədən xəsarəti yetirmə, qanunsuz silah daşıma, şəxsi yaşayış evinə icazəsiz daxil olma, sərhədi qanunsuz keçmə və silah qaçaqmalçılığı ittihamları ilə saxlayıb. Erməni tərəfinin iddiasına görə, Musayev həmin gün Ermənistanın Sünik vilayətinin Şaki kəndində sərhədi qanunsuz keçib, yerli sakin Ani Avetisyanı evində yaralayıb. Onun iki uşağına da xəsarət yetirildiyi bildirilir. Noyabrın...

Seçilmiş Videolar

Toplum TV loqo