Siyasət

Ələsgər Məmmədliyə anası ilə görüşə icazə verilməyib

1 İyun, 2026
201

Sosial media

"Toplum TV"-nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədliyə saxlanıldığı Bakı İstintaq Təcridxanasında ailəsi ilə görüşməsinə icazə verilməyib. 

Bu barədə onun həyat yoldaşı Günay Məmmədli sosial media hesabında məlumat verib. 

Onun sözlərinə görə, mayın 31-də görüş üçün Ə.Məmmədlinin 82 yaşlı anası və xərçəng xəstəliyindən əziyyət çəkən bacısı 400 kilometrdən çox məsafə qət edərək Bakıya gəliblər.

"Ələsgər bəy xəbər tutanda ki, anası gəlib və görüşə bilməyib, onun da yaxşı olmayan sağlıq vəziyyətinin və əsəblərinin nə hala qalacağını təsəvvür edə bilirəm. Həyatı boyu yalnız qanunlarla hərəkət edən, ictimai nüfuza malik ziyalı insanı şərləyərək, qaçaqmalçı damğası yapışdıraraq 26 aydır doğmalarından ayırmısız. Səhhət problemləri ilə mübarizə apara-apara, bu qədər haqsızlığa dözərək bir gün ədalətin bərpa olunacağını gözləyən, yalnız ailəsinin, doğmalarının qanuni qaydada həftədə 2 dəfə zəng və 1 dəfə canlı görüşməsindən az da olsa dəstək alan adamı bundan da məhrum etmək nə məqsəd daşıyır?

İnsanlıq, ziyalılıq, hüquqi normalara, tələblərə riayət etməyi təbliğ edən bir insana bu təzyiq, bu işgəncə hansı məqsəd daşıyır?", - G.Məmmədli sual edib. 

Səsləndirilən fikirlərlə bağlı aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həbsdə olan jurnalist Ülviyyə Əlinin İtaliyada kitabı nəşr olunub

14 Oktyabr 2026

sosial media

“MeydanTV” işi üzrə həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quliyeva) İtaliyada kitabı dərc edilib.  Bu barədə jurnalistin yaxınları sosial mediada məlumat yayıblar. Məlumata görə, İtaliyanın Turin universitetində Ülviyyə Əlinin italyan dilində "La mia voce non si arresta" (“Səsim həbs olunmur”) kitabı dərc edilib. Kitab jurnalistin həbsxanadan göndərdiyi məktublar və verdiyi müsahibələrdən ibarət topludur. Kitabın ön sözü "Amnesty International" təşkilatının İtaliya bölməsinin sözçüsü Rikardo Nuri tərəfindən yazılıb. Ülviyyə Əli ötən il mayın 7-də “Meydan TV işi” üzrə həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, jurnalist kimi “Amerikanın...
Siyasət

Paşinyan: “Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır”

14 Oktyabr 2026

sosial media

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. Paşinyan bu barədə oktyabrın 14-də sosial şəbəkələrdəki canlı yayımında danışıb. Onun sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır. Paşinyan sərhədin hər iki tərəfində anklav və eksklavların qalmamasını, Ermənistanla Azərbaycanın isə bərabər ölçülü əraziləri mübadilə etməsini təklif edib. O, “Sülhün kəsişməsi” layihəsi çərçivəsində və ondan kənarda bütün yolların və kommunikasiya xətlərinin açıq olmalı olduğunu deyib. “Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə bir-birini rahat buraxmalıdır. Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç...

Seçilmiş Videolar

Toplum TV loqo