Siyasət

Əli Ləricani: "Tramp 'Öncə Amerika' şüarını 'Öncə İsrail'ə dəyişib"

2 Mart, 2026
126

Foto: Reuters

ABŞ prezidenti Donald Tramp martın 1-də "The Atlantic" nəşrinə deyib ki, İran hakimiyyəti ali lider Seyid Əli Xameneinin öldürülməsindən sonra ABŞ ilə danışıqlara getmək istəyir. 

“Onlar danışmaq istəyirlər və mən də danışmağa razılaşmışam, ona görə də onlarla danışacağam. Bunu daha əvvəl etməli idilər. Çox praktiki və asan edilə bilən şeyi daha əvvəl etməli idilər. Çox gecikdilər,” - o qeyd edib.

İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Ləricani isə "X" səhifəsində Trampın iddiasını təkzib edib, hakimiyyətin ABŞ ilə danışıqlara getməyəcəyini yazıb. 

O, başqa bir paylaşımında Trampı bölgəni "xəyalpərəst fantaziyaları ilə qarışıqlığa sürükləməkdə" ittiham edib. 

"O, xəyalpərəst hərəkətləri ilə öz uydurduğu "Öncə Amerika" şüarını "Öncə İsrail"ə dəyişdi və ABŞ əsgərlərini İsrailin ambisiyaları üçün qurban verdi", - o qeyd edib. 

Fevralın 28-i səhər saatlarından ABŞ və İsrail İrana zərbələr endirməyə başlayıb. Hücum nəticəsində İranın ali lideri, Baş Qərargah rəisi və müdafiə naziri də daxil olmaqla bir sıra rəsmi şəxslər öldürülüb. 

ABŞ Mərkəzi Komandanlığı martın 1-də bildirib ki, hərbi əməliyyatlar çərçivəsində üç ABŞ hərbçisi həlak olub.

İranın Qırmızı Aypara Cəmiyyəti isə martın 2-də bu ana qədər İran ərazisində ümumilikdə 550-dən çox insanın öldüyünü xəbər verib. 

İran və ABŞ uzun müddətdir İranın nüvə proqramı üzrə danışıqlar aparırdı. ABŞ İrandan nüvə sənayesini tamamilə sıradan çıxarmağı tələb edirdi. İran isə nüvə silahı əldə etmək niyyətində olmadığını və nüvə proqramının mülki məqsədlər üçün nəzərdə tutulduğunu deyirdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo