Foto: sosial media
Fevralın 24-ü “Toplum TV işi“ üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalın doğum günüdür.
Onun 30 yaşı tamam olur.
Ə.Zeynal 2024-cü ilin martın 6-da "Toplum TV"-yə qarşı keçirilmiş əməliyyat zamanı saxlanılıb.
Məhkəmə proseslərinin birində Ə.Zeynal həbsinin birbaşa prezident İlham Əliyevin sifarişi olduğunu, məhkəmələrin də ədalətlə yox, sifarişlə qərar verdiyini bildirmişdi.
Həbsdə olduğu təxminən 2 il ərzində Ə.Zeynal dəfələrlə saxlandığı Bakı İstintaq Təcridxanasındakı qeyri-sanitar şəraiti və başqa problemləri ictimailəşdirib, həmçinin ədliyyə naziri Fərid Əhmədova açıq məktub yazıb. O, buna görə bir neçə dəfə cərimə kamerasına da ("karser") salınıb.
Ə.Zeynal ictimai-siyasi fəaliyyətinə 2014-cü ildə - 18 yaşında NİDA Vətəndaş Hərəkatına üzv olmaqla başlayıb. 2016-cı ildə Demokratik Təşəbbüslər İnstitutunun təşkil etdiyi jurnalistika təlimlərində iştirak edib.
"2014-cü ildə gənc siyasi məhbusların siyahısında siyasi məhbus olub az da olsa vicdanımı sakitləşdirmək, üzərimdə hiss etdiyim etik borcun ağırlığını az da olsa azaltmaq istəyirdim. Qismət o dövrdə yox, 10 il sonra növbəti repressiya dalğasında siyasi məhbus olmağım imiş. Nə yaxşı ki, bu dəfəki siyasi repressiyada dostlarımın, müəllimlərimin, əqidə yoldaşlarımın təkcə mənəvi olaraq, sözlə yox, həm də fiziki olaraq yanlarındayam. Əks halda, bu mənim üçün çox çətin olardı", - o, məhkəmələrin birində deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”