açıq mənbə
Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan üzvü Yavər İsmayılzadənin saxlanıldığı 1 saylı Cəzaçəkmə Müəssisəsində zorakılığa məruz qaldığı və buna etiraz olaraq intihara cəhd etdiyi bildirilir.
Bu barədə "Meydan TV" məhbus ailələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Y.İsmayılzadə Azərbaycanda hicablı şagird və müəllimlərin məktəblərə buraxılmamasına etiraz olaraq oktyabrın 14-də aclıq aksiyasına başlayıb və həmin gün cərimə kamerasına ("karser") salınıb. Mənbələr bildirib ki, fəal aclığı dayandırmadığına görə son bir həftədə iki dəfə həbsxana işçiləri tərəfindən fiziki zorakılığa məruz qalıb və hər iki hadisədən sonra özünə xəsarət yetirib.
Y.İsmayılzadənin hazırda harada saxlanıldığı və səhhəti ilə bağlı dəqiq məlumat yoxdur. Penitensiar Xidmət iddia ilə bağlı açıqlama verməyib.
Y.İsmayılzadə 2023-cü ilin martında - Azərbaycanda inanclı fəalların kütləvi həbs olunduğu dövrdə saxlanılıb. Həmin ilin noyabrında Gəncə Ağır Cinayətlər Məhkəməsi onu narkotik ittihamı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Bu, Y.İsmayılzadənin ikinci həbsidir. O, daha öncə 2018-ci ildə Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdindən sonra həbs olunub. 2019-cu ilin mayında Gəncə Ağır Cinayətlər Məhkəməsi onu 9 il müddətinə azadlıqdan məhrum edib.
Həmin ilin avqustunda apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirib. Fəal 2022-ci ilin mayında prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
Y.İsmayılzadə barəsindəki ittihamları rədd edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar