Siyasət

Fərid İsmayılov: “Mənə 13 il həbs istənilməsi göstərir ki, bu ölkədə jurnalistika cinayət sayılır”

13 İyul, 2026
48

Sosial media

İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən “Toplum TV” əməkdaşı Fərid İsmayılov son söz deyib.

“Məhkəmədə jurnalistdən son söz deyilməsinin istənilməsi bu ölkədə söz və ifadə azadlığının hansı vəziyyətdə olduğunu göstərmək üçün kifayətdir. İstintaq sənədlərinə hazırladığım reportaj araşdırmaların daxil edilməsi, “cinayətkar” dəstədə funksiyamın araşdırmaçı jurnalist olaraq qeyd olunması mənim niyə həbs olunduğuma əsas sübutdur”, - deyə o, çıxışına başlayıb.

“18 aydır heç bir hüquqi əsas olmadan girov saxlanılıram. Bu fakt göstərir ki, bu ölkədə heç ibtidai məhkəmə də yoxdur. Mərkəzi Bank xarici valyuta əməliyyatlarımın, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi qaçaqmalçılıq ittihamıyla bağlı barəmdə məlumat, görüntü, sənəd, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi adıma əmlak olmadığını bildirib. Kimi işə götürdüyüm də bəlli deyil, amma 28 aydır bu maddələrlə ittiham olunuram. Bəs haradadır sübut? Yatıb yuxuda görmüsünüz ki, mən cinayət törətmişəm? Dövlət Vergi Xidməti 79,441 manat vergi borcu hesablayıb, ödənilmiş vergiləri də nəzərə almayıb. Bu ölkədə fəhlələrin, müəllimlərin, qəpik-quruşa işləyən vətəndaşların ödədiyi vergilərin illərdir hansı ciblərə axdığını heç kim bilmir? Hökumətyönlü medianın vergidən yayınması, öhdəliklərini yerinə yetirməmələri ilə bağlı sübutlar təqdim etmişdim. Açdınız cinayət işini? Əlbəttə ki, xeyr. İndi hansı üzlə, hansı əsasla məndən vergi tələb edirsiniz?”, - o əlavə edib.

F.İsmayılov ona veriləcək həbs cəzası üçün heç kimin təəssüflənməməsini istəyib.

“Mən müsahiblərimə silah yox, mikrofon uzatmışam. Buna görə 13 il həbsin istənilməsi göstərir ki, jurnalistika bu ölkədə cinayət sayılır. Məhkəmə normal ölkədə mənə bəraət verməlidir. Amma bu ölkədə mənə bəraət verən hakimin özünü qaçaqmalçılıq ittihamı ilə tutarlar. İndiyə qədər saysız-hesabsız dəstək məktubları almışam. Tanımadığım insanlar barəmdə dəstək yazıları yazıb, müstəqil mətbuat işini vicdanla yerinə yetirib, təşkilatlar azadlığımla bağlı çağırışlar edib. Hər birinə sonsuz minnətdarlığımı bildirirəm,” - deyə o, çıxışını bitirib.

Növbəti proses iyulun 20-si saat 10:00-a təyin olunub.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Özləri ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Məhkəmə Əfqan Sadıqovu ev dustaqlığına buraxmayıb

23 Oktyabr 2026

sosial media

Oktyabrın 23-də LənkəranıAğır Cinayətlər Məhkəməsində “Azel TV” saytının baş redaktoru Əfqan Sadıqovun cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. Prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub. Əfqan Sadıqovun vəkili Nemət Kərimli müvəkkilinin ev dustaqlığına buraxılması və məhkəmə iclasları zamanı onun yanında əyləşməsinə icazə verilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatətləri təmin etməyib, işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib. Növbəti iclas noyabrın 3-nə təyin olunub. Əfqan Sadıqov 2024-cü il avqustun 4-də Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanda saxlanılıb. Tbilisi Şəhər Məhkəməsi onun həbsinə və Azərbaycana ekstradisiyasına qərar versə də, Avropa İnsan Hüquqları Məhkəməsi ekstradisiyanın icrasını dayandırıb....
Siyasət

CPJ “Meclis.info” işi üzrə 12 ilədək həbs cəzası istənilməsini pisləyib

23 Oktyabr 2026

sosial media

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Meclis.info” işi üzrə təqsirləndirilən şəxslərə 12 ilədək həbs cəzası istənilməsini pisləyən bəyanat yayıb. Komitənin oktyabrın 22-də yaydığı açıqlamaya görə, oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı “Meclis.info”nun təsisçisi İmran Əliyevə 12 il, ictimai fəal Elgiz Qəhrəmana isə 11 il həbs cəzası verilməsini istəyib. Təqsirləndirilən şəxslərdən Tamella Musayevanın səhhətində problem yarandığı üçün onun barəsində cəza istənilməsi həmin iclasda səsləndirilməyib. Məhkəmə prosesi təxirə salınıb. CPJ Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı maliyyə cinayətləri ilə bağlı açılan işi dayandırmağa, İmran Əliyevi azad etməyə və onun həmkarlarına qarşı ittihamları ləğv etməyə çağırıb. Komitənin Avropa və Mərkəzi Asiya proqramı üzrə direktoru Fiona...

Seçilmiş Videolar

Toplum TV loqo