Siyasət

Fransa parlamenti Azərbaycandan erməni məhbusların azadlığını tələb edən qətnamə qəbul edib

4 Fevral, 2026
354

Foto: açıq mənbə

Fransa parlamenti fevralın 3-də Azərbaycan hökumətindən erməni məhbusların azadlığa buraxılmasını tələb edən qətnamə qəbul edib. 

Qətnamə 183 deputat tərəfindən lehinə səs verilməklə yekdilliklə qəbul olunub. 

"Biz Ukraynadakı müharibəyə görə haqlı olaraq hiddətlənirik. Qrenlandiyada haqlı olaraq Danimarkanın suverenliyini müdafiə edirik. Yaxın Şərqdə haqlı olaraq insan haqlarına hörmət tələb edirik. Bəs eyni zamanda Ermənistan üçün heç bir reaksiya vermədən, onu taleyin ümidinə buraxacağıq? Bu, ifadə olunmaz bir haqsızlıq olardı", - qətnaməni təqdim edən deputat Loran Vokye çıxışında deyib. 

O, Türkiyə və Azərbaycan liderlərinin Ermənistanı xəritədən silməyə çalışdığını iddia edib. 

"Fransızlar bilirmi ki, bu dəqiqə, elə indi erməni siyasi məhbuslar insan haqlarına hörmətin təmin olunacağına dair heç bir zəmanət olmadan Azərbaycan diktaturasının həbsxanalarında saxlanılır? Fransanın borcu - Fransa diplomatiyasının borcu  başqaları susanda reaksiya verməkdir. Ermənistanın bizə ehtiyacı var, ermənilər bizim səsimizi gözləyirlər. Artıq XX əsrin ilk soyqırımını yaşamış və bu gün yenidən eyni təhlükələrlə, eyni pan-türkizmin səsləndirdiyi təhdidlərlə üz-üzə qalan bu xalqı qorumaq bizim borcumuzdur", - o əlavə edib. 

Qətnamədə, həmçinin, Azərbaycandan Qarabağdan köçmüş erməni əhalinin təhlükəsiz şəraitdə geri qayıtmasının təminatı tələb olunub. 

Fransa parlamenti əvvəllər də oxşar məzmunlu qətnamələr qəbul edib. 

Azərbaycan prezidenti İlham Əliyev bu qətnamələrə görə Fransa parlamentini tənqid edərək onu Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edib. 

Ötən ilin oktyabrında isə o, Kopenhagendə Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra ölkələr arasında "anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını" deyib. 

Azərbaycanda hazırda 19 erməni məhbusun saxlanıldığı bildirilir. 

Aralarında Qarabağdakı keçmiş separatçı rejimin liderləri də olan məhbusların əksəriyyəti soyqırımı və terrorizm də daxil olmaqla 20-dən çox maddə üzrə ittiham edilirlər. 

Bu yaxınlarda isə Azərbaycan barələrində hökm çıxarılmış 4 erməni məhbusu Ermənistana təhvil verib. Bu barədə rəsmi açıqlama olmasa da, deputatlar bunu humanizm prinsipi ilə izah ediblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo