Siyasət

Gülmirə Aslanova: “Polad Aslanov həbsxana rəisi tərəfindən döyülüb”

30 Oktyabr, 2026
43

sosial media

Həbsdə olan jurnalist Polad Aslanov 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi və müəssisə əməkdaşının ona qarşı fiziki zorakılıq tətbiq etdiyini iddia edib.

Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bu barədə oktyabrın 29-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Sahib Rzayevin qəbulundan sonra məlumat verib.

Gülmirə Aslanovanın sözlərinə görə, o, Polad Aslanovla görüşünə şərait yaradılmasını istəyib. Lakin Sahib Rzayev görüşə icazə verilməyəcəyini, yalnız jurnalistin zəng edə biləcəyini deyib.

Telefon danışığı zamanı Polad Aslanov oktyabrın 12-də - aclıq aksiyasına başladığı gün 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ramiq Nəsibovun otağında fiziki zorakılığa məruz qaldığını bildirib. Gülmirə Aslanovanın sözlərinə görə, jurnalist hadisəni belə təsvir edib:

“Yeni təyin olunmuş Teymur adlı əməkdaş rəisin otağında qolumu arxaya buraraq məni yerə yıxdı, rəis Ramiq Nəsibov isə məni döydü”.

“Toplum TV” Polad Aslanovun döyüldüyü iddiası ilə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənə bilməyib.

G.Aslanova bildirib ki, P.Aslanov aclıq aksiyasını dayandırmayacağını və tələbləri yerinə yetirilənədək mübarizəsini davam etdirəcəyini deyib.

Aslanovun sözlərinə görə, onunla birlikdə 15 saylı Cəzaçəkmə Müəssisəsindən gətirilən Zeynal Bayramov və 11 saylı Cəzaçəkmə Müəssisəsindən gətirilən Fuad Ələsgərov da aclıq aksiyasını davam etdirirlər. Onların hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində, cərimə kamerasında bir-birindən təcrid olunmuş vəziyyətdə saxlanıldığı bildirilir.

Polad Aslanov Azərbaycan məktəblərində hicabla bağlı məhdudiyyətlərə etiraz olaraq oktyabrın 12-də aclıq aksiyasına başlayıb. Gülmirə Aslanovanın sözlərinə görə, həmin gün müəssisə rəisi Ramiq Nəsibovun qərarı ilə jurnalistə beş günlük cərimə kamerası (“kars”) cəzası verilib.

Nazirlər Kabinetinin sentyabrın 21-də qəbul etdiyi qərarla dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün geyim qaydaları təsdiqlənib. Qaydalarda hicabın qadağan olunduğu birbaşa qeyd edilməsə də, geyim formalarının dünyəvilik prinsipinə uyğun olması nəzərdə tutulur. Oktyabrın 6-da müəllimlər üçün də analoji qərar qəbul edilib.

Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist ittihamı qəbul etmir və peşə fəaliyyətinə görə cəzalandırıldığını bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo