Siyasət

Gürcüstan 65 ukraynalını ölkələrinə qaytarıb

25 Avqust, 2025
20

Foto: Civil Georgia

Gürcüstan Daxili İşlər Nazirliyi aylarla Rusiya sərhədində mobil həbsxanada saxlanılan ukraynalılardan 65-nin xüsusi reyslə vətənlərinə qaytarıldığını bildirib. 

Buna baxmayaraq, “OC Media” xəbər verir ki, sayları açıqlanmasa da, xeyli ukraynalı hələ də həbsdə qalır və onların saxlanma şəraiti olduqca pisdir. 

Nazirliyin məlumatında deyilir ki, 65 nəfər öz istəklərilə Tbilisi Beynəlxalq Aeroportuna gətirilib və burada onlar Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qarşılanaraq ölkələrinə qayıtmaq üçün təyyarəyə eskort olunublar.

Ukraynalıların Rusiya-Gürcüstan sərhədində saxlanılması barədə məlumatlar iyun ayından Gürcüstan mətbuatında yayılmağa başlayıb və saxlanılanların sayının təxminən 90 nəfər olduğu deyilib. Bu şəxslər Rusiya işğalı altındakı Ukrayna ərazilərindən deportasiya olunsalar da, Gürcüstana daxil olmalarına icazə verilməyib. 

Mətbuatda yayılan məlumatlarda iddia olunub ki, ukraynalılar sərhədin Gürcüstan tərəfində gömrük terminalında sanitariya qaydalarına uyğun olmayan şəraitdə, kommunal xidmətlər olmadan saxlanılıblar. Yemək, su və tibbi yardım isə Gürcüstan hökuməti tərəfindən deyil, könüllü təşkilatlar tərəfindən təmin olunub.

“Ukrayna Həbsxanalarının Müdafiəsi” adlı vətəndaş cəmiyyəti təşkilatının məlumatına görə, sərhəddə saxlanılmış şəxslərdən bir neçəsi ciddi xəstəliklərdən əziyyət çəkir və ya əlilliyi var.

Gürcüstan hakimiyyəti dəfələrlə sərhəddə saxlanılan ukraynalıların cinayətkar olduqlarını iddia edib və onların ölkəyə buraxılmasının ictimai təhlükəsizlik üçün risk yaradacağını bildiriblər.

Tbilisi, həmçinin, Kiyevi onların Ukraynaya qaytarılması prosesini “süni şəkildə gecikdirməkdə” ittiham edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Hacı Vəliyev Ülviyyə Əliyə: "Qazilərin haqqı tanınmır" 

25 Avqust 2025

Foto: sosial media

Həbsdə olan ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev həbsdə olan jurnalist Ülviyyə Əliyə (Quliyeva) müsahibə verib.  "Abzas Media"nın dərc etdiyi müsahibədə Vəliyev həbsinin səbəblərindən danışıb.  O, müharibə veteranlarının hüquqlarını müdafiə etdiyinə görə həbs olunduğunu deyib.  "Məni ictimai fəaliyyətimə görə, hökumətin qazilərə ögey münasibətini ifşa etdiyimə görə həbs ediblər. Qondarma ittihamlarla saxlanmışam. Buna etiraz olaraq aclıq elan etmişdim. Özümü yaxşı hiss etmirdim. 26 iyunda – Silahlı Qüvvələr Günündə karserə salındım. Dörd gün ərzində karserin "starşina"sı kiçik gizir Tural adlı şəxs mənə qarşı zorakılıq etdi. Orada olduğum hər gün mənəvi əzab, işgəncə verdilər. Başım yaralandı, şişlər hələ də qalır”,...
Siyasət

Şahin Şıxlinski "toyuq hini boyda yerdə saxlanılır" 

25 Avqust 2025

Foto: açıq mənbə

Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski həmin şəhərdəki istintaq təcridxanasında təkadamlıq kamerada saxlanılır.  Şıxlinski ilə görüşən Rusiya Regional İctimai Nəzarət Komissiyasının sədri Vladimir Popov onun saxlanma şəraiti ilə bağlı "URA" nəşrinə danışıb.  Popovun sözlərinə görə, Şıxlinski öz saxlandığı kameranı toyuq hini ilə müqayisə edib.  "Kamera təmirli olsa da, iri cüssəli məhbus üçün dar hesab olunur", - o, açıqlamasında qeyd edib. Diaspora rəhbəri, həmçinin, təcridxana şəraitində ciddi sağlamlıq problemləri ilə üz-üzə qaldığını deyib. "O, yaşlı və xəstə bir insandır, hesab edir ki, heç bir qanunsuz iş görməyib, sadəcə vəziyyətin qurbanı olub. Onun elə bir xəstəliyi var ki, hər an...

Seçilmiş Videolar

Toplum TV loqo