Manşet

İsrailin Qəzzaya hücumu nəticəsində “AP” və “Reuters” jurnalistləri ölüb 

25 Avqust, 2025
17

Foto: Al Jazeera

İsrail ordusu avqustun 25-də Qəzza zolağında Nasser xəstəxanasına zərbələr endirib. 

Qəzzanın səhiyyə rəsmilərinin məlumatına görə, zərbələr nəticəsində ən azı 15 nəfər həlak olub. Onların arasında dörd jurnalistin və bir xilasedicinin də olduğu bildirilir. 

Şahidlərin “Al Jazeera” kanalına dediyinə görə, əvvəlcə İsrailə məxsus partlayıcı dron xəstəxananın damına hücum edib, bundan sonra isə raket zərbəsi endirilib.

İkinci zərbə ilkin hücum yerinə xilasetmə işçiləri, jurnalistlər və digər insanların toplaşmasından sonra baş verib. 

“Reuters” agentliyinin xəbərinə görə, həlak olan jurnalistlərdən biri xidmət müqaviləsi ilə agentlik üçün çalışan video-operator Hüsam əl-Masri olub. “Reuters” üçün fotoqraf kimi çalışan Hətəm Xalid isə yaralanıb. 

Öldürülən digər jurnalistlərdən Məryəm Əbu Dəqqa “Associated Press” (“AP”) agentliyi, Məhəmməd Salama “Al Jazeera”, Moaz Əbu Təha isə “NBC” telekanalı ilə əməkdaşlıq edib. 

İsrail ordusu və Baş nazirin ofisi zərbələrə dair dərhal şərh verməyiblər.

2023-cü ilin oktyabrında İsrailin Qəzzanı bombalaması ilə başlayan müharibə nəticəsində indiyə qədər ən az 244 jurnalist ölüb. 

Ümumilikdə isə, zolaqda 60 mindən çox insan öldürülüb və bunların 18 mindən çoxu azyaşlılardır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Gürcüstan etirazlarında çəkiliş edən azərbaycanlı 5000 lari cərimə olunub 

25 Avqust 2025

Foto: sosial media

Gürcüstanda hökumətə qarşı etiraz aksiyasında çəkiliş etmiş azərbaycanlı gənc polis tərəfindən cərimə olunub.  Gürcüstan İctimai İşlər İnstitutunun tələbəsi Cavid Əhmədov Toplum TV-yə deyib ki, avqustun 24-də Gürcüstanın Sarp sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçmək istəyərkən adına cərimə yazıldığını öyrənib.  "Pasportu aparıb məni 15 dəqiqə gözlətdilər. Sonra dedilər ki, etiraz aksiyasında iştiraka görə 5,000 lari (təxminən 3,150 manat) cərimə olunmuşam. Bunu eşidib ölkədən çıxmaq istəmədiyimi dedikdə isə pasportuma möhür vurub məni buraxdılar", - o bildirib.  C.Əhmədov Türkiyəyə bir neçə günlük tətil üçün getdiyini, Gürcüstana qayıtmağı planlaşdırdığını deyib. Onun sentyabr 8-i tarixinə Kutaisi şəhərindən Almaniyaya uçuş bileti var.  Gürcüstan qanunvericiliyinə görə, cərimə olunmuş şəxsin...
Manşet

Qarabağ erməniləri Minsk Qrupunun buraxılmaması üçün ATƏT-ə müraciət edib

21 Avqust 2025

Foto: Step1.am

Qarabağ ermənilərinin nümayəndələri vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk Qrupunun buraxılmaması üçün müraciət edib.  Avropada Təhlükəsizlik və Əməkdaşlıq üçün Təşkilatın (ATƏT) üzv dövlətlərinə edilən müraciətdə onlar Minsk Qrupunun buraxılmasının “qarşısını almaq üçün zəruri olduqda veto hüququndan istifadə də daxil olmaqla, öz səlahiyyətlərini həyata keçirməyə” çağırıblar. Avqustun 20-də sosial mediada dərc olunan müraciət 2023-cü ilin sentyabrına qədər Qarabağda fəaliyyət göstərmiş separatçı rejimin parlamentinin başçısı Aşot Danielyan tərəfindən, bütün parlament üzvləri adından imzalanıb.  Müraciətdə qeyd olunub ki, imzaçılar “özlərinin ata-baba yurdlarından zorla didərgin salınmış 150 min Qarabağ ermənisi adından üzv dövlətlərə dərin təciliyyət və ciddi narahatlıqla” müraciət edirlər.  Onlar ATƏT-in...

Seçilmiş Videolar

Toplum TV loqo