Siyasət

Lavrov: SSRİ-ni bərpa etmək istəyənlərin beyni yoxdur 

25 Avqust, 2025
39

Foto: Reuters

Rusiya xarici işlər naziri Sergey Lavrov avqustun 15-də ABŞ-yə səfəri zamanı "SSRİ" yazılı sviter geyinməsindən danışıb. 

"NBC" telekanalına müsahibə verən Lavrovdan bu sviter seçiminin Sovet İttifaqının bərpası istəyini ifadə edib-etmədiyi soruşulub. 

Nazir cavabında belə bir istəyi olduğunu inkar edib. 

"Biz Sovet İttifaqında doğulmuşuq. Prezident Putin dəfələrlə bildirib ki, Sovet İttifaqının dağılmasına görə təəssüflənməyənlərin qəlbi yoxdur. Amma onu bərpa etmək istəyənlərin isə beyni yoxdur. Bu, tamamilə düzgün bir bəyanatdır", - o deyib. 

Lavrov sözügedən sviteri geyinməsinin yalnız nostalgiya hissi ilə əlaqəli olduğunu bildirib. 

"Əgər sən öz köklərini xatırlamırsansa, uşaqlığına, gəncliyinə, ilk məhəbbətinə, dostlarına nostalgiya ilə baxmırsansa, onda mən düşünmürəm ki, sən həqiqətən insanlığı və bəşəri dəyərləri təmsil edirsən", - o qeyd edib. 

"Ömrün boyu başına gələnləri, uzun illər yaşadıqlarını xatırlamaq və onları qiymətləndirmək hərbi yolla hər yeri ələ keçirməyə çalışmaq demək deyil. Bu, həqiqət deyil", - Lavrov əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Hacı Vəliyev Ülviyyə Əliyə: "Qazilərin haqqı tanınmır" 

25 Avqust 2025

Foto: sosial media

Həbsdə olan ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev həbsdə olan jurnalist Ülviyyə Əliyə (Quliyeva) müsahibə verib.  "Abzas Media"nın dərc etdiyi müsahibədə Vəliyev həbsinin səbəblərindən danışıb.  O, müharibə veteranlarının hüquqlarını müdafiə etdiyinə görə həbs olunduğunu deyib.  "Məni ictimai fəaliyyətimə görə, hökumətin qazilərə ögey münasibətini ifşa etdiyimə görə həbs ediblər. Qondarma ittihamlarla saxlanmışam. Buna etiraz olaraq aclıq elan etmişdim. Özümü yaxşı hiss etmirdim. 26 iyunda – Silahlı Qüvvələr Günündə karserə salındım. Dörd gün ərzində karserin "starşina"sı kiçik gizir Tural adlı şəxs mənə qarşı zorakılıq etdi. Orada olduğum hər gün mənəvi əzab, işgəncə verdilər. Başım yaralandı, şişlər hələ də qalır”,...
Siyasət

Şahin Şıxlinski "toyuq hini boyda yerdə saxlanılır" 

25 Avqust 2025

Foto: açıq mənbə

Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski həmin şəhərdəki istintaq təcridxanasında təkadamlıq kamerada saxlanılır.  Şıxlinski ilə görüşən Rusiya Regional İctimai Nəzarət Komissiyasının sədri Vladimir Popov onun saxlanma şəraiti ilə bağlı "URA" nəşrinə danışıb.  Popovun sözlərinə görə, Şıxlinski öz saxlandığı kameranı toyuq hini ilə müqayisə edib.  "Kamera təmirli olsa da, iri cüssəli məhbus üçün dar hesab olunur", - o, açıqlamasında qeyd edib. Diaspora rəhbəri, həmçinin, təcridxana şəraitində ciddi sağlamlıq problemləri ilə üz-üzə qaldığını deyib. "O, yaşlı və xəstə bir insandır, hesab edir ki, heç bir qanunsuz iş görməyib, sadəcə vəziyyətin qurbanı olub. Onun elə bir xəstəliyi var ki, hər an...

Seçilmiş Videolar

Toplum TV loqo