Foto: açıq mənbə
Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski həmin şəhərdəki istintaq təcridxanasında təkadamlıq kamerada saxlanılır.
Şıxlinski ilə görüşən Rusiya Regional İctimai Nəzarət Komissiyasının sədri Vladimir Popov onun saxlanma şəraiti ilə bağlı "URA" nəşrinə danışıb.
Popovun sözlərinə görə, Şıxlinski öz saxlandığı kameranı toyuq hini ilə müqayisə edib.
"Kamera təmirli olsa da, iri cüssəli məhbus üçün dar hesab olunur", - o, açıqlamasında qeyd edib.
Diaspora rəhbəri, həmçinin, təcridxana şəraitində ciddi sağlamlıq problemləri ilə üz-üzə qaldığını deyib.
"O, yaşlı və xəstə bir insandır, hesab edir ki, heç bir qanunsuz iş görməyib, sadəcə vəziyyətin qurbanı olub. Onun elə bir xəstəliyi var ki, hər an təcili tibbi yardım lazım ola bilər. Arzuolunandır ki, Şıxlinskinin kamerası təkadamlıq olmasın və yanında bir məhbus da olsun ki, lazım gəldikdə həyəcan siqnalı qaldırıb həkimləri çağırsın", - Popov bildirib.
Popov vəziyyət barədə Sverdlovsk vilayətinin ombudsmanı Tatyana Merzlyakovaya məlumat verdiyini deyib.
Şıxlinski Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi fonunda ötən ay həbs olunub.
Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Həyat yoldaşı: "Azər Qasımlının qaldığı 4 nəfərlik kamerada 6 nəfər saxlanılır, biri Hepatit C xəstəsidir"
Sosial media
AP-də Azərbaycanla bağlı dinləmə: “Avropa Şurasına üzvlük Azərbaycana mətbuat azadlığını qoruma öhdəliyi yaradır”
açıq mənbə
“DTX-nin istintaq şöbəsinin rəhbəri ‘etirafedici’ ifadə müqabilində qısamüddətli həbs təklif etmişdi”
Paşinyan: "Erməni soyqırımı ermənilərin beynəlxalq intriqalara cəlb olunmasının nəticəsi idi"
Azərbaycan iqtisadi inkişafda Gürcüstan və Ermənistanın gerisinə düşüb
Azərbaycan XİN sözçüsü Mamdaniyə: "İctimai fiqurlar məsuliyyətli davranmalıdır"
Ramil Babayev yazır: “Bakı İstintaq Təcridxanasında zorakılıq ayıdır”