Siyasət

Hakan Fidan: "Qəzzaya qoşun göndərmək üçün BMT qətnaməsi lazımdır" 

4 Noyabr, 2025
181

Foto: Anadolu Ajansı

Türkiyə xarici işlər naziri Hakan Fidan ölkəsinin Qəzza zolağında atəşkəsə nəzarət üçün qoşun göndərmək perspektivlərindən danışıb. 

Noyabrın 3-də İstanbulda Qəzzada sülh mövzusunda konfransda çıxış edən nazir Türkiyə və digər ölkələrin Qəzzaya sülh planı çərçivəsində qoşun göndərməsi üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə qəbul etməsinin lazım olduğunu bildirib. 

“Bu mövzuda danışıqlar və işlər davam edir. Burada ölkələrin xüsusilə əhəmiyyət verdiyi mövzu BMT Təhlükəsizlik Şurası qərarı ilə legitimliyi müəyyən edilmiş və vəzifəsi təyin olunmuş bir qüvvənin yaradılması məsələsidir", - o qeyd edib. 

ABŞ prezidenti Donald Trampın Qəzzada sülh üçün təklif etdiyi 20 maddəlik planda zolağa Beynəlxalq Sabitlik Qüvvəsi adlı, bir neçə ölkənin qüvvələrindən ibarət olacaq qoşunun yeridilməsi nəzərdə tutulur. 

H.Fidan bu mövzuda müəyyən işlərin aparıldığını qeyd edərək əlavə edib:

“Əlaqədə olduğumuz ölkələrin ifadə etdikləri budur: bu qüvvənin tərifinin məzmunundan asılı olaraq, onlar Qəzzaya əsgər göndərib-göndərməməyə qərar verəcəklər. Beynəlxalq Sabitlik Qüvvəsinin vəzifəsi və səlahiyyətləri nə olacaqsa, ölkələr buna əsasən qərar verəcəklər. Əsgər göndərəcək ölkələr üçün öz prinsipləri və siyasətləri ilə ziddiyyət təşkil edən bir vəzifə təyinatı varsa, onların əsgər göndərməsi çətin olacaq", - o vurğulayıb. 

H.Fidan Türkiyənin zolağa qoşun göndərməkdə maraqlı olduğunu isə bir daha ifadə edib. 

“Türkiyəyə gəldikdə, Prezidentimiz dəfələrlə ifadə edib. Bilirsiniz, Şarm əl-Şeyxdə sülh planına imza atan dörd liderdən biri Prezidentimiz idi. Bu açıq şəkildə göstərir ki, biz sülh üçün əlimizi daşın altına qoymağa hazırıq. Hər cür fədakarlıq etməyə hazırıq. Amma burada ortaya çıxacaq sənədlərin və çərçivənin açıq şəkildə bizim də dəstəkləyəcəyimiz keyfiyyətdə olması vacibdir. Buna görə də bu mövzuda diplomatik əlaqələrimiz və səylərimiz davam edir", - o əlavə edib. 

Nazir, həmçinin, çıxışında İsraili Qəzzada atəşkəsi pozmaqda və zolağa humanitar yardımın çatdırılmasında maneələr yaratmaqda ittiham edib. 

Son həftələrdə bir neçə ABŞ rəsmisi bildirib ki, Türkiyə Qəzzaya qoşun göndərə biləcək ölkələrdən biri kimi nəzərdən keçirilir. İsrail hökuməti isə bu fikrə kəskin etiraz edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həftəsonu bildirib ki, Ankara Qəzzada atəşkəsi qorumaq üçün "lazım olan hər şeyi etməyə, o cümlədən qoşun göndərməyə də hazırdır". 

Bəzi məlumatlara görə, İsrail baş naziri Benyamin Netanyahunun başçılıq etdiyi hökumət Qəzzada Türkiyə əvəzinə  Azərbaycan qoşunlarının iştirakını istəyir. 

Donald Trampın birinci prezidentliyi dövründə Ağ Evin aparat rəhbəri vəzifəsində çalışmış Stiv Bennon keçən ay bildirib ki, Tramp Ərdoğanı Qəzzada “təhlükəsizlik rəhbəri” təyin edib və Netanyahu bu qərarı dəyişdirmək üçün birbaşa Trampla danışmalıdır.

Türkiyə ilə İsrail arasındakı gərginlik 2023-cü ilin oktyabrında İsrailin Qəzzada müharibəyə başladığı vaxtdan artıb.
Ötən il isə Türkiyənin İsrailə ticarət embarqosu qoyması və İsrail hökumətinə qarşı Beynəlxalq Cinayətlər Məhkəməsində soyqırımı iddiası ilə iş açması ilə münasibətlər daha da gərginləşib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Səməd Seyidov: “Hamı növbəyə yığışacaq ki, Qarabağa investisiya qoysun”

18 Sentyabr 2026

sosial media

“Hamı nəinki gələcək, həm də növbəyə yığışacaq ki, Qarabağa investisiya qoysun”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Hindistan nümayəndələrinin Qarabağ səfərində iştirak etməməsindən danışarkən “Modern. az”a deyib. O, açıqlamasında bu məsələyə Azərbaycan və Hindistan arasında son təmaslar kontekstində yanaşmağın lazım olduğunu deyib: “Hindistanın mövqeyinə gəlincə, yaxın zamanda cənab prezident İlham Əliyevin Hindistanın baş naziri Narendra Modi ilə görüşü oldu. Bu görüş və orada aparılan söhbətlər heç də təsadüfi deyil. Bu, Azərbaycanın apardığı siyasətin regionda alternativsiz olduğunu göstərir. Ona görə bir qədər səbirli olun. Gələcək hələ qabaqdadır”. Qarabağ və ətraf rayonlarda həyata keçirilən layihələrin şəffaflığı...
Siyasət

Taleh Bağırzadənin övladlarına bəraət verilməsi barədə vəsatət rədd edilib

17 Sentyabr 2026

sosial media

Sentyabrın 17-də Xəzər Rayon Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin yeniyetmə övladlarının şi üzrə növbəti baxış iclası keçirilib.  Bu barədə inanclı məhsbus Ağaəli Yahyayevin bacısı Elnarə Eldar məlumat yayıb. Məlumata görə, vəkil Zibeydə Sadıqova iclasın keçirilməməsi və yeniyetmələrə bəraət verilməsi barədə vəsatətlər qaldırıb. E.Eldar vurğulayıb ki, vəkil prosesdə qarşı tərəflə danışıqlar aparılmasını təklif edib, daha əvvəl bu istiqamətdə bir neçə cəhdin nəticəsiz qaldığını deyib. Müdafiə tərəfi hadisə zamanı Bağırzadə qardaşlarının zorakılığa məruz qaldığını və mübahisəyə təhrik olunduğunu iddia edib. Məhkəmə müdafiə tərəfinin vəsatətlərini təmin etməyib. Növbəti məhkəmə iclası sentyabrın 29-u saat 11:00-a təyin edilib. Qardaşlar təhsil aldıqları Buzovna qəsəbəsindəki...

Seçilmiş Videolar

Toplum TV loqo