Səməd Seyidov: “Hamı növbəyə yığışacaq ki, Qarabağa investisiya qoysun”
sosial media
“Hamı nəinki gələcək, həm də növbəyə yığışacaq ki, Qarabağa investisiya qoysun”.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Hindistan nümayəndələrinin Qarabağ səfərində iştirak etməməsindən danışarkən “Modern. az”a deyib.
O, açıqlamasında bu məsələyə Azərbaycan və Hindistan arasında son təmaslar kontekstində yanaşmağın lazım olduğunu deyib:
“Hindistanın mövqeyinə gəlincə, yaxın zamanda cənab prezident İlham Əliyevin Hindistanın baş naziri Narendra Modi ilə görüşü oldu. Bu görüş və orada aparılan söhbətlər heç də təsadüfi deyil. Bu, Azərbaycanın apardığı siyasətin regionda alternativsiz olduğunu göstərir. Ona görə bir qədər səbirli olun. Gələcək hələ qabaqdadır”.
Qarabağ və ətraf rayonlarda həyata keçirilən layihələrin şəffaflığı isə təndiqçilərdə və müstəqil ekspertlərdə sual doğurur. “Azadlıq Radiosu”nun araşdırmasına görə, Zəngilanda bir neçə iri tikinti layihəsi eyni şirkətə - “Protean Construction”a həvalə olunub. Hesablama Palatası aidiyyəti bərpa xidmətinin fəaliyyətində müsabiqəsiz müqavilələrin rəqabəti pozduğunu, bir yaşayış məhəlləsinin tikintisində isə xərclərin təkrar hesablanması və iş həcmlərinin artıq göstərilməsi nəticəsində müqavilə dəyərinin təxminən 147 min manat şişirdildiyini müəyyən edib.
“Toplum TV”nin iyunda dərc etdiyi təhlildə də özəl investisiya fəallığının zəifliyi vurğulanıb. Nəşrə danışan ekspertlər qeyri-neft sektorunun inkişafının hələ də əsasən dövlət investisiyalarından asılı olduğunu bildiriblər.
Onlar hökumətin işğaldan azad edilmiş ərazilərdə tətbiq etmək istədiyi Yevlax aqropark modelinin səmərəliliyini göstərən nəticələrin açıqlanmamasını da tənqid ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ali Məhkəmə iki dəqiqədən az çəkən prosesdə Samir Aşurovun şikayətini rədd edib
sosial mənbə
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”