Siyasət

Həbsdə olan AXCP sədri Maqnitski mükafatına layiq görülüb

6 noyabr, 2026
15

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli 2026-cı il beynəlxalq Maqnitski mükafatına layiq görülüb.
Bu barədə mükafatın təşkilatçıları rəsmi saytlarında məlumat yayıblar.
Bildirilib ki, Əli Kərimli demokratiya və insan hüquqları uğrunda uzunmüddətli fəaliyyətinə görə “Görkəmli müxalifət siyasətçisi” nominasiyası üzrə qalib elan edilib.

“Əli Kərimli uzun illərdir Azərbaycanda demokratik islahatlar, korrupsiyaya qarşı mübarizə və vətəndaş azadlıqlarını müdafiə edən əsas müxalif siyasətçilərdən biridir. Onun həbsinin siyasi motivli olduğu bildirilir, saxlanma şəraiti və səhhətinin pisləşməsi ilə bağlı narahatlıqlar səsləndirilir”, - təşkilatçıların təqdimatında deyilir.

Qeyd olunub ki, müxalifət lideri 2025-ci ilin noyabrında həbs edilib. Təşkilatçılar ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildiriblər:
“Əli Kərimli saxlanıldığı müddətdə ciddi pis rəftara məruz qalıb və səhhəti sürətlə pisləşir. Avropa Parlamenti və beynəlxalq hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyır, dərhal azadlığa buraxılmasına çağırırlar”.

Beynəlxalq Maqnitski mükafatı 2015-ci ildən insan hüquqlarının müdafiəsi, korrupsiyaya qarşı mübarizə və ifadə azadlığı sahəsində fəaliyyət göstərən siyasətçilərə, jurnalistlərə və fəallara verilir. Mükafat Rusiyada korrupsiya faktlarını araşdırdıqdan sonra həbs edilən və 2009-cu ildə həbsxanada ölən hüquqşünas Sergey Maqnitskinin xatirəsinə təsis olunub.

Əli Kərimli 2025-ci ilin noyabrında əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işi çərçivəsində saxlanıldığı bildirilən şəxslərdən olub. Sonradan həmin işlər ayrılıb.

AXCP sədrinə Cinayət Məcəlləsinin 278.1-ci - hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə yekun ittiham verilib. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
AXCP ittihamları siyasi motivli və əsassız hesab edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib 

6 noyabr 2026

sosial media

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, “QHT işi” üzrə təqsirləndirilən Bəşir Süleymanlının işi üzrə məhkəmə istintaqı yekunlaşıb. APA-nın məlumatına görə, noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Bəşir Süleymanlının 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Müdafiə tərəfi çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi noyabrın 19-da davam etdiriləcək. Bəşir Süleymanlı ötən ilin martında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı xeyli miqdarda leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham...
Siyasət

Cəmil Həsənli: “Ramiz Mehdiyevin məhkəməsi bitsə də, ölkədən çıxışıma qoyulan qadağa götürülməyib”

5 noyabr 2026

sosial media

Tarixçi, Milli Şuranın sədri Cəmil Həsənli ölkədən çıxışına qoyulan qadağa səbəbindən 2027-ci ilin yanvarında ABŞ-də keçiriləcək Amerika Tarix Cəmiyyətinin illik toplantısında iştirak edə bilməyəcəyini bildirib. Həsənli bu barədə noyabrın 5-də sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, sözügedən tədbir yanvarın 7-dən 10-dək ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində keçiriləcək. Cəmiyyətin üzvü olan Həsənli tədbirə dəvət olunduğunu bildirib. C. Həsənli əlavə edib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə əlaqədar 2025-ci il noyabrın 30-da istintaq orqanı - Dövlət Təhlükəsizliyi Xidməti onun ölkədən çıxışına məhdudiyyət qoyub və şahid qismində ifadəsini alıb. “"Ramiz Mehdiyevin məhkəmə prosesi oldu və bizi şahid kimi...

Seçilmiş Videolar

Toplum TV loqo