Siyasət

Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib 

6 noyabr, 2026
24

sosial media

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, “QHT işi” üzrə təqsirləndirilən Bəşir Süleymanlının işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
APA-nın məlumatına görə, noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Bəşir Süleymanlının 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Müdafiə tərəfi çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi noyabrın 19-da davam etdiriləcək.

Bəşir Süleymanlı ötən ilin martında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı xeyli miqdarda leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Özü ittihamları qəbul etmir.

“QHT işi” üzrə indiyədək istintaqa 100-dən çox şəxsin, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərlərinin cəlb edildiyi bildirilib.

Bu iş üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına, ümumilikdə, Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2, 308.1 və 313-cü maddələri ilə ittiham verilib. Həmin maddələr üzrə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həbsdə olan AXCP sədri Maqnitski mükafatına layiq görülüb

6 noyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli 2026-cı il beynəlxalq Maqnitski mükafatına layiq görülüb. Bu barədə mükafatın təşkilatçıları rəsmi saytlarında məlumat yayıblar. Bildirilib ki, Əli Kərimli demokratiya və insan hüquqları uğrunda uzunmüddətli fəaliyyətinə görə “Görkəmli müxalifət siyasətçisi” nominasiyası üzrə qalib elan edilib. “Əli Kərimli uzun illərdir Azərbaycanda demokratik islahatlar, korrupsiyaya qarşı mübarizə və vətəndaş azadlıqlarını müdafiə edən əsas müxalif siyasətçilərdən biridir. Onun həbsinin siyasi motivli olduğu bildirilir, saxlanma şəraiti və səhhətinin pisləşməsi ilə bağlı narahatlıqlar səsləndirilir”, - təşkilatçıların təqdimatında deyilir. Qeyd olunub ki, müxalifət lideri 2025-ci ilin noyabrında həbs edilib. Təşkilatçılar ona qarşı irəli sürülən ittihamların siyasi...
Siyasət

Cəmil Həsənli: “Ramiz Mehdiyevin məhkəməsi bitsə də, ölkədən çıxışıma qoyulan qadağa götürülməyib”

5 noyabr 2026

sosial media

Tarixçi, Milli Şuranın sədri Cəmil Həsənli ölkədən çıxışına qoyulan qadağa səbəbindən 2027-ci ilin yanvarında ABŞ-də keçiriləcək Amerika Tarix Cəmiyyətinin illik toplantısında iştirak edə bilməyəcəyini bildirib. Həsənli bu barədə noyabrın 5-də sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, sözügedən tədbir yanvarın 7-dən 10-dək ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində keçiriləcək. Cəmiyyətin üzvü olan Həsənli tədbirə dəvət olunduğunu bildirib. C. Həsənli əlavə edib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə əlaqədar 2025-ci il noyabrın 30-da istintaq orqanı - Dövlət Təhlükəsizliyi Xidməti onun ölkədən çıxışına məhdudiyyət qoyub və şahid qismində ifadəsini alıb. “"Ramiz Mehdiyevin məhkəmə prosesi oldu və bizi şahid kimi...

Seçilmiş Videolar

Toplum TV loqo