Siyasət

Həbsdə olan fəalın yaxınları: "Düzülüşə corabsız çıxdığına görə 'kars'a salınıb" 

9 İyul, 2026
22

Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən rayon şöbəsinin həbsdə olan sədri Sahib Məmmədzadənin saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində dörd gündür quru aclıq aksiyası keçirdiyi bildirilir.

“Abzas Media”nın fəalın yaxınlarına istinadən yazdığına görə, S.Məmmədzadə cərimə kamerasına (“kars”) salınmasına etiraz olaraq aclığa başlayıb. 

Onlar deyir ki, fəal məhkumların gündəlik düzülüşünə corabsız çıxdığı üçün cəzalandırılıb.

S.Məmmədzadə 2024-cü ilin dekabrında Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 6 il yarım həbsə məhkum edilib. 

O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda) ilə təqsirli bilinib. 

Ötən ilin mart ayında apellyasiya məhkəməsi ona verilən ittihamı 234.1-1-ci (satış məqsədi olmadan narkotik əldə etmə, saxlama) maddəyə tövsif edib, beləliklə fəalın cəzasını 3 il 6 aya endirib. 

Fəal özü isə ittihamı qəbul etmir, siyasi fəaliyyətinə görə cəzalandırıldığını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

XİN: “Dəfələrlə xəbərdarlığa baxmayaraq, Rusiya SOCAR-ın obyektlərinə hücumları davam etdirir”

6 İyul 2026

Açıq mənbə

Rusiya ordusunun Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqdoldurma məntəqəsinə zərbələr endirməsindən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan XİN-in yaydığı məlunata görə, görüş zamanı Ukraynanın Nikolayev vilayətində yerləşən yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə bağlı Rusiyaya rəsmi etiraz notası təqdim olunub. Rəsmi Bakı əvvəllər Odessadakı neft bazasına və qazpaylayıcı kompressor stansiyasına edilən hücumları da xatırladıb. Bu zərbələr nəticəsində şirkətə ciddi maddi ziyan dəydiyi və əməkdaşlar arasında yaralananların olduğu səfirin diqqətinə çatdırılıb. Nazirliyin açıqlamasında qeyd olunub ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hücumların təkrarlanması onların məqsədyönlü xarakter daşıdığını göstərir. "Görüşdə həmçinin Kiyevdəki səfirliyimizin və Xarkov...
Siyasət

Məmməd Alpay: "Ailəm ilə açıq görüşlərə icazə verilmir, qəzetlər çatdırılmır" 

6 İyul 2026

Sosial media

Seçki Müşahidə Alyansının həbsdə olan sədri Məmməd Alpay (Məmmədzadə) saxlanma şəraitindən şikayətçidir.  O, yaxınları vasitəsilə bildirib ki, son 6 ayda saxlanıldığı Bakı İstintaq Təcridxanasında ailə üzvləri ilə açıq görüşlərin keçirilməsinə icazə verilmir.  "Bu müddətdə yalnız şüşə arxasından görüşlərə icazə verilir. Təcridxana rəhbərliyi dəfələrlə açıq görüşlərin bərpa olunacağını bildirsə də, indiyədək bu vəd yerinə yetirilməyib. Eyni zamanda, ikinci dərəcəli qohumlar və dostlarla hətta şüşə arxasından görüşlərin keçirilməsi də mümkün deyil", - yaxınları qeyd edib.  Əlavə olaraq, M.Alpay yaxınları tərəfindən göndərilən jurnal, qəzet və bəzi hallarda kitabların ona çatdırılmadığını bildirir. O, həmçinin məhkəməyə aparıldığı avtomobillərdə məhbusların normadan artıq sayda yerləşdirildiyini qeyd edir....

Seçilmiş Videolar

Toplum TV loqo