Siyasət

Həbsdə olan inanclı fəalın "kars"a salındığı deyilir

25 May, 2026
264

Toplum TV

Həbsdə olan inanclı fəal Elvin Nəzərovun saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəsissəsində mayın 21-dən cərimə kamerasına ("karser") salındığı bildirilir. 

Bu barədə jurnalist Arzu Abdulla fəalın həyat yoldaşı Şəbnəm Nəzərovaya istinadən məlumat yayıb. 

Həyat yoldaşının sözlərinə görə, müəssisə rəhbərliyi həm də fəalı qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürməyə hazırlaşır. 

"Hansı məhbusu gözləri götürmürsə, onu nizam-intizam qaydasını pozmaqda günahlandırıb ciddi rejimə göndərirlər.
Elvin hazırda "kars"dadır və bütün hüquqları pozulub. Pulunu götürüblər, verməyiblər. Elvinin həftədə bir dəfə köşkdən yemək alıb yemək icazəsi var. Amma pulunu vermirlər ki, özünə yemək alsın. Həbsxananın yeməyi yeyiləsi gündə deyil"
, - o qeyd edib. 

Ş.Nəzərova əlavə edib ki, həyat yoldaşının səhhətində problemlər var.

"Elvin bir neçə gün öncə ödündəki polipə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılmışdı. Həkim bildirib ki, ödündəki polip böyüyüb. Həkimlər də deyiblər ki, Elvinə qapalı şərait olmaz, normal qida lazımdır", - o vurğulayıb. 

İddialar ilə bağlı aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.

E.Nəzərov 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumdan sonra həbs olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2021-ci ilin yanvarında cəza müddəti bitdiyi üçün azadlığa çıxmışdı.

O, 2024-cü ildə şiə dindarların kütləvi şəkildə həbs edildiyi dönəmdə narkotik ittihamı ilə saxlanılmışdı. 2025-ci il yanvarın 9-da Şəki Ağır Cinayətlər Məhkəməsində ona 5 il yarım həbs cəzası verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo