Siyasət

Həbsdə olan jurnalist Ülviyyə Əlinin İtaliyada kitabı nəşr olunub

14 Oktyabr, 2026
30

sosial media

“MeydanTV” işi üzrə həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quliyeva) İtaliyada kitabı dərc edilib. 

Bu barədə jurnalistin yaxınları sosial mediada məlumat yayıblar.

Məlumata görə, İtaliyanın Turin universitetində Ülviyyə Əlinin italyan dilində "La mia voce non si arresta" (“Səsim həbs olunmur”) kitabı dərc edilib. Kitab jurnalistin həbsxanadan göndərdiyi məktublar və verdiyi müsahibələrdən ibarət topludur.

Kitabın ön sözü "Amnesty International" təşkilatının İtaliya bölməsinin sözçüsü Rikardo Nuri tərəfindən yazılıb.

Ülviyyə Əli ötən il mayın 7-də “Meydan TV işi” üzrə həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
O, jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. 

Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib. 

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı, vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.
Sonrada “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Paşinyan: “Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır”

14 Oktyabr 2026

sosial media

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. Paşinyan bu barədə oktyabrın 14-də sosial şəbəkələrdəki canlı yayımında danışıb. Onun sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır. Paşinyan sərhədin hər iki tərəfində anklav və eksklavların qalmamasını, Ermənistanla Azərbaycanın isə bərabər ölçülü əraziləri mübadilə etməsini təklif edib. O, “Sülhün kəsişməsi” layihəsi çərçivəsində və ondan kənarda bütün yolların və kommunikasiya xətlərinin açıq olmalı olduğunu deyib. “Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə bir-birini rahat buraxmalıdır. Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç...
Siyasət

Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir

13 Oktyabr 2026

Meydan TV

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərdən 79 min manat tələb edir. “Azadlıq Radiosu”nun xəbərinə görə, qurumun nümayəndəsi oktyabrın 12-də məhkəmədə bu tələblə mülki iddia qaldırıb. “Meydan TV işi” üzrə həbsdə olan 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Təqsirləndirilən jurnalistlərin ifadələri yekunlaşıb və budəfəki məhkəmə iclasında şahidlərin dindirilməsinə başlanıb. Oktyabrın 12-də, şahid ifadələrindən öncə Dövlət Vergi Xidmətinin hüquqşünası Leyla Hüseynova 79 min manatlıq mülki iddia qaldırıb. Jurnalistlər və vəkillər ondan konkret olaraq kimdən nə qədər tələb edildiyini soruşublar. O isə cavabında bildirib ki, 12 nəfərdən hər...

Seçilmiş Videolar

Toplum TV loqo