Siyasət

Helsinki Komitəsi: “Azər Qasımlının məhkəməsi ədalətin məsxərəyə çevrilməsidir”

13 Fevral, 2026
214

Foto: VOA

"Prokurorun Azər Qasımlı barəsində 13 il azadlıqdan məhrumetmə cəzası istəməsi həddən artıq ağır deyil, həm də hakimiyyətin dinc tənqidçiləri susdurmaq üçün cinayət qanunvericiliyindən alət kimi istifadə etdiyi repressiv sistemin göstəricisidir”. 

Norveç Helsinki Komitəsi (NHK) Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlıya prokurorun cəza tələbi ilə bağlı yaydığı açıqlamada belə deyilir.

Komitə bildirir ki, Qasımlı hökumətin siyasi və iqtisadi siyasətinin dinc tənqidçisi kimi tanınır. 

“O, Azərbaycanda müstəqil vətəndaş düşüncəsinin və siyasi müxalifətin hörmət edilən simalarından biri hesab olunur, demokratik idarəçilik, vətəndaş iştirakçılığı, ictimai siyasət sahəsində gənc fəallara və yeni siyasi liderlərə təlim və mentorluq edib. Media şərhçisi kimi hökumət siyasətini və regional geosiyasəti təhlil edib, avtoritar təcrübələri və repressiyaları tənqid edib”, - deyə NHK qeyd edib.

Komitənin baş katibi Berit Lindeman bildirib ki, dinc hökumət tənqidçisinə 13 il həbs cəzası tələb etmək açıq siyasi qisas aktıdır: “Bu, başqalarına susmaq mesajı vermək üçün bir şəxsin həyatının məqsədli şəkildə məhv edilməsidir. Azər Qasımlıya qarşı bu qədər ağır cəza tələbi təkcə bir fərdi deyil, Azərbaycanda müstəqil vətəndaş liderliyinin gələcəyini hədəfə alır. Hakimiyyət hansı hüquqi bəhanələrdən istifadə etsə də, Qasımlının hökumətin amansız repressiyasının qurbanı olduğuna şübhə yoxdur”.

Helsinki komitəsi vurğulayıb ki, Qasımlının məhkəmə prosesi ciddi prosessual pozuntularla müşayiət olunub. 

“Müdafiə tərəfinin vəsatətləri əsassız şəkildə rədd edilib, ittihamı təsdiqləyən inandırıcı sübutlar təqdim olunmayıb. İddia edilən zərərçəkən məhkəmə zamanı ziddiyyətli ifadələr verib, lakin məhkəmə bu uyğunsuzluqları araşdırmayıb. Vəkillərin sözlərinə görə, məhkəmə zərərçəkəni Qasımlı əleyhinə ifadələrə yönləndirib”, - NHK əlavə edib.

Təşkilat A.Qasımlının həbsini son üç ildə Azərbaycanda artan repressiyaların bir hissəsi kimi qiymətləndirib: “Bu dövrdə hakimiyyət insan hüquqları müdafiəçilərini, müxalifət siyasətçilərini, jurnalistləri və blogerləri siyasi motivli ittihamlarla təqib edib, həbs edib və ya ölkədən getməyə məcbur edib. Uzunmüddətli həbs cəzaları təkcə tənqidçiləri deyil, bütövlükdə cəmiyyəti susdurmaq üçün vasitəyə çevrilib. Həbs olunanlar arasında tanınmış vətəndaş cəmiyyəti liderləri Akif Qurbanov, Ruslan İzzətli, media eksperti Ələsgər Məmmədli, müxalifət liderləri Əli Kərimli və Tofiq Yaqublu, jurnalistlər Hafiz Babalı, Ülvi Həsənli, Aynur Elgünəş, Nərgiz Absalamova, insan hüquqları müdafiəçisi Rüfət Səfərov və başqaları var”.

Komitə hesab edir ki, Azərbaycanın beynəlxalq tərəfdaşları Azər Qasımlıya qarşı hüquq pozuntusunu qəti şəkildə pisləməli, “Qasımlı və saxta ittihamlarla həbs edilmiş digər fəalların azadlığa buraxılmasını tələb etməlidir”.

Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə ittiham olunur.

Siyasətçi ittihamı rədd edir və həbsinin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo