Siyasət

Hesabat: “Azərbaycanda media məhdudiyyətləri dərinləşir”

3 Mart, 2026
283

Foto: fom.coe.int

Avropa Şurasının Jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi üzrə platforması martın 3-də illik hesabatını açıqlayıb.

Platformanın illik qiymətləndirməsində Azərbaycan diqqət mərkəzində olan ölkələr sırasında yer alıb. Hesabatda 2024-cü ildə başlayan repressiya dalğasının 2025-ci ildə də davam etdiyi bildirilir.

Sənədə əsasən, 2025-ci ilin iyulunda qəbul edilən dəyişikliklərlə media haqqında qanun daha da sərtləşdirilib. Tərəfdaş təşkilatlar qeyd edir ki, bu dəyişikliklər müstəqil jurnalistikanın fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdırıb və bir sıra media nümayəndələrinə ağır hökmlər çıxarılıb.

“Hazırda “Meydan TV”, “Toplum TV”, “Abzas Media” və “Kanal 13” xaricdən fəaliyyət göstərir və Azərbaycanda çalışan əməkdaşları yoxdur. Ölkənin ən nüfuzlu müstəqil xəbər agentliklərindən biri olan Turan İnformasiya Agentliyi isə 2025-ci ilin fevralında fəaliyyətini dayandırıb. 2025-ci ilin sonunda Azərbaycanda 36 jurnalist həbsdə olub “Amnesty International” bunun Azərbaycanın 2001-ci ildə Avropa Şurasına qoşulmasından bəri siyasi motivli ittihamlarla həbsdə saxlanılan media nümayəndələrinin ən yüksək göstəricisi olduğunu bildirib”, - deyə hesabatda bildirilir.

Platforma xatırladır ki, Azərbaycan artıq 2024-cü ildə böhtan və təhqirlə bağlı qanunvericiliyə görə sistemli xəbərdarlıq obyekti idi. 2025-ci ildə isə ictimai yayımçının müstəqilliyi ilə bağlı yeni xəbərdarlıq dərc olunub:

“Qanuna edilən dəyişikliklərə əsasən, xarici media qurumları dövlət qeydiyyatından keçdikdən sonra yeddi gün ərzində media reyestrinə müraciət etməlidirlər, əks halda ləğv oluna bilərlər. 

Hakimiyyətə həmçinin media qurumlarının saytlarına çıxışı məhdudlaşdırmaq səlahiyyəti verilir. Yeni tələblərə görə, informasiya agentliklərinin fəaliyyət göstərməsi üçün ən azı 20 yerli media qurumu onların xəbər lentinə abunə olmalıdır”.

Hesabat müəllifləri bildirir ki, bu müddəalar hakimiyyət orqanlarına mediaya qarşı geniş və bəzən özbaşına tədbirlər görmək imkanı yaradır.

“Ötən ilin sonunda prezident İlham Əliyev dövlət nəzarət imkanlarını genişləndirən yeni mərkəzləşdirilmiş rəqəmsal platformanın yaradılması barədə fərman imzalayıb. “Human Rights Watch” təşkilatının nümayəndəsi Giorgi Gogia bildirib ki, “Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi (MİRAS) Dövlət Təhlükəsizliyi Xidmətinin nəzarəti altında olacaq və 2026-cı ilin mayına qədər tam fəaliyyətə başlayacaq”, - sənəddə deyilir.

Hesabatda qeyd olunur ki, Azərbaycan son illərdə Platforma ilə məzmunlu dialoqu faktiki olaraq dayandırmış iki Avropa Şurası üzv dövlətindən biridir. Tərəfdaş təşkilatlar hakimiyyəti mexanizmlə işlək kommunikasiya kanalını bərpa etməyə və irəli sürülən narahatlıqlara substantiv cavab verməyə çağırır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo