Hesabat: "Aİ Azərbaycanla dəyərlərə deyil, maraqlara əsaslanan münasibətə keçdi"
Foto: açıq mənbə
"Azərbaycanda Repressiyaya Son Kampaniyası" Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təqiblər fonunda Avropa İttifaqının (Aİ) son illərdə bu ölkə ilə münasibətləri haqda hesabat dərc edib.
Dekabrın 9-da dərc olunan hesabatda bildirilir ki, Aİ Azərbaycanla "dəyərlərə əsaslanan münasibətdən maraqlara əsaslanan münasibətə" keçid edib.
Hesabat müəllifləri qeyd edir ki, yeni münasibətlərdə enerji və geosiyasi maraqlara insan hüquqlarından daha çox əhəmiyyət verilir.
“Eyni zamanda, Azərbaycan möhkəmlənmiş avtoritar sistemi daha da gücləndirib, siyasi məhbusların sayı rekord həddə çatıb və müstəqil media demək olar ki, tamamilə məhv edilib. Azərbaycanın əsas ixrac bazarı və ən böyük investoru olmasına baxmayaraq, Aİ öz təsir imkanlarından istifadə etmir. Yüksək səviyyədə siyasi susqunluq Bakıda repressiyaları daha da dərinləşdirmək üçün ‘yaşıl işıq’ kimi şərh olunur", - deyə əlavə olunub.
Hesabatda müxtəlif Aİ institutları arasında bu mövzuda ziddiyyətlər olduğuna da diqqət yetirilib.
"Avropa Parlamenti Azərbaycana qarşı şərtlər və sanksiyalar irəli sürməyə, 2022-ci il enerji memorandumunun dayandırılmasına çağırarkən, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti insan haqları böhranından böyük ölçüdə təcrid olunmuş şəkildə əməkdaşlığı davam etdirir", - deyə vurğulanıb.
Hesabatda həm də xatırladılıb ki, Azərbaycan hakimiyyəti repressiyaları artıq sərhədlərindən kənara çıxararaq mühacirətdə olan jurnalistləri, fəalları və insan haqları müdafiəçilərini hədəfə almağa başlayıb. "Halbuki Aİ-nin cavab tədbirləri və ev sahibi ölkələrin təmin etdiyi müdafiə mexanizmləri kortəbii və yetərsiz qalmaqdadır", - müəlliflər qeyd edir.
Hesabat müəllifləri Aİ rəsmilərinə tövsiyələr də veriblər. Onlar Aİ-nin Azərbaycanla münasibətlərdə insan hüquqları və demokratiyanı prioritetləşdirməsini və Azərbaycanın müstəqil vətəndaş cəmiyyəti və mediasına siyasi və maliyyə dəstəyini artırmağı təklif ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Polad Aslanovun həyat yoldaşı: “Onu 15 saylı cəzaçəkmə müəssisəsindən aparıblar”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb