şəxsi arxivi
Həbsdə olan hüquq müdafiəçisi Yaşar Ağazadənin saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində dövlət qurumları ilə yazışmaq, qəzet və hüquqi sənədlərlə tanış olmaq hüquqlarının məhdudlaşdırıldığı bildirilir.
Ağazadənin həyat yoldaşı Aygün İsmayıllının noyabrın 4-də media nümayəndələrinə ünvanladığı iki ayrı müraciətdə deyilir ki, hüquq müdafiəçisinin keçirdiyi aclıq aksiyası qeydə alınmayıb, onun müəssisə əməkdaşları ilə bağlı Baş Prokurorluğa ünvanladığı şikayət isə Bakı İstintaq Təcridxanası tərəfindən göndərilməyib.
İsmayıllının sözlərinə görə, Yaşar Ağazadə iyulun 2-dən 24-dək 6 saylı Cəzaçəkmə Müəssisəsində ona qarşı rəftara etiraz olaraq aclıq aksiyası keçirib.
“Həyat yoldaşım işgəncəyə, fiziki zorakılığa və ləyaqəti alçaldan digər pis rəftara məruz qalmasına, saxlanma şəraitinə, həmçinin qanunsuz olaraq cərimə kamerasına (“kars”) salınmasına etiraz əlaməti olaraq qida qəbul etməkdən imtina edib. Lakin cəzaçəkmə müəssisəsinin rəhbərliyi Yaşar Ağazadənin keçirdiyi aclıq aksiyasını qeydiyyata almayıb. Bununla da Cəzaların İcrası Məcəlləsinin, Penitensiar Müəssisələrin Daxili İntizam Qaydalarının və Ədliyyə Nazirliyinin təsdiq etdiyi Təlimatın tələbləri pozulub”, - A. İsmayıllı bildirib.
İsmayıllının sözlərinə görə, Y. Ağazadə həmin müəssisənin bir sıra əməkdaşı barədə cinayət işinin başlanması tələbi ilə Baş prokuror Kamran Əliyevə şikayət yazıb. O deyib ki, şikayət Baş Prokurorluğa göndərilməsi üçün Bakı İstintaq Təcridxanasına təqdim olunsa da, ünvanına çatdırılmayıb.
“Bakı İstintaq Təcridxanasının qanunsuz hərəkətləri nəticəsində Yaşar Ağazadənin dövlət qurumları ilə yazışmaq hüququ pozulub. Bu qanunsuzluqlar hələ də davam edir. Penitensiar Xidmət isə tabe müəssisənin qanunsuz hərəkətlərini araşdırmır”, - müraciətdə deyilir.
İsmayıllı həmçinin Y. Ağazadəyə rəsmi qəzetlərin, prezident İlham Əliyevin çıxışının, Konstitusiya Məhkəməsinə ünvanlanan şikayətin və bəzi normativ hüquqi sənədlərin verilmədiyini deyib.
İsmayıllının sözlərinə görə, oktyabrın 11-də qısamüddətli görüş zamanı təqdim olunan materiallar təcridxana əməkdaşları tərəfindən götürülüb.
“Müəssisə əməkdaşları qeyd edilən materialları ‘zərərli materiallar’ adlandırıb və onları müsadirə edib”, – müraciətdə deyilir.
Aygün İsmayıllı oktyabrın 19-da eyni məzmunlu sənədləri poçtla göndərdiyini, lakin onların da Yaşar Ağazadəyə çatdırılmadığını qeyd edib.
Müraciətdə qeyd edilir ki, Avropa Məhkəməsi 2023-cü ilin sonunda hüquq müdafiəçisi Yaşar Ağazadənin hazırladığı və nümayəndəsi olduğu 20-dək məhkəmə işi üzrə müsbət qərarını açıqladıqdan sonra Prezident Administrasiyası onun həbsinə göstəriş verib.
Yaşar Ağazadə 2024-cü ilin aprelində 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan onun cəzası daha 5 ay artırılıb.
O, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi - hədə-qorxu ilə tələb etmə əməlini təkrar törətməkdə ittiham olunur.
Yaşar Ağazadə ittihamları rədd edir və həbsinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Sabunçu sakininin hicabla bağlı aksiyaya dəstək paylaşımından sonra 15 sutka həbs edildiyi bildirilir
sosial media
Ermənistan İstintaq Komitəsinin sədri: “Nəsimi Musayevin kimisə öldürmək niyyəti olmayıb”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb