Siyasət

HRW: "Azərbaycan hökuməti qorxu mühitini daha da dərinləşdirib"

4 Fevral, 2026
234

Foto: Əziz Kərimov

"Human Rights Watch" (HRW) beynəlxalq insan hüquqları təşkilatı 2025-ci ildə dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat dərc edib.

Hesabatın Azərbaycana dair hissəsində ötən il ölkədə insan hüquqları üzrə göstəricilərin daha da pisləşdiyi qeyd olunub. 

"Hökumət müstəqil mediaya, siyasi rəqiblərə və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri gücləndirərək fərqli fikirləri susdurub və qorxu mühitini daha da dərinləşdirib. Hakimiyyət orqanları, həmçinin, mühacirətdə olan bloger və jurnalistlərə qarşı saxta cinayət ittihamları irəli sürüb, onlara qiyabi həbs cəzası verib və vətəndaş cəmiyyətini iflic vəziyyətinə salan qanunları qəbul etməyə və özbaşına tətbiq etməyə davam edib. Saxlanma yerlərində işgəncə və pis rəftar halları da cəzasız qalmaqda davam edib", - hesabatda bildirilir. 

Hesabatda, həmçinin, ötən il Azərbaycanda Birləşmiş Millətlər Təşkilatına tabe qurumların, habelə beynəlxalq media qurumlarının filiallarının fəaliyyətinin dayandırıldığı xatırladılır. 

Daha sonra Azərbaycanla Ermənistan arasında ABŞ-nin vasitəçiliyi ilə sülh prosesinin getdiyini xatırladan hesabat müəllifləri Azərbaycan hökumətinin bəyan etdiyi öhdəliklərə baxmayaraq, 2023-cü ilin sentyabrında Qarabağdan qaçmış etnik ermənilərin "təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququnun təmin edilməsi və onların mülkiyyət hüquqlarının bərpası istiqamətində heç bir ciddi addım atmadığını" qeyd edib. 

HRW Azərbaycanda müstəqil mediaya qarşı basqıların davam etdiyini də xatırladaraq 2024-cü ilin sonunda başlayan "Meydan TV işi" üzrə ümumilikdə il ərzində həbs olunan jurnalistlərin sayının 12-yə çatdığını bildirib. Həmçinin, "Abzas Media işi" üzrə həbsdə olan jurnalistlərə ötən ilin iyununda hökmlərin oxunduğu əlavə olunub. 

"Toplum TV işi" üzrə isə ötən ilin əvvəlində jurnalistlər Şahnaz Bəylərqızı və Fərid İsmayılovun həbs olunduğu bildirilib. Ş.Bəylərqızı sonradan ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo