Siyasət

İran Əli Laricaninin ölümünü təsdiqləyib 

18 Mart, 2026
82

Foto: Reuters

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani martın 17-də ABŞ-İsrail hücumları nəticəsində öldürülüb. 

Şura xəbəri "Mehr" agentliyi vasitəsilə təsdiqləyib. Onun oğlu və bir neçə cangüdənlə birlikdə öldüyü bildirilir. 

Laricaninin öldürüldüyünü ilk olaraq İsrail müdafiə naziri İsrael Kats yaymışdı. 

Laricani fevralın 28-də İran ali lideri Seyid Əli Xameneinin öldürülməsindən sonra İrana hücumlar nəticəsində ölən ən yüksək rütbəli dövlət rəsmisi hesab olunur. 

O, sonuncu dəfə martın 13-də Tehranda fələstinlilərə dəstək məqsədilə baş tutan yürüşdə ictimaiyyət içinə çıxmışdı. 

İsrail baş naziri Benyamin Netanyahu deyib ki, Laricani İran xalqına rejimi devirmək şansı verməkdən ötrü öldürülüb. 

İranın xarici işlər naziri Abbas Əraqçi isə “Al Jazeera“ya müsahibəsində deyib ki, Laricaninin ölümü "İranda hakimiyyətin sabitliyinə təsir etməyəcək". 

67 yaşlı Laricani bu vəzifəyə ötən ilin avqustunda təyin olunmuşdu. O, 2008-2020-ci illərdə İran parlamentinin spikeri olub.

İranın dövlət televiziyası "Bəsic" milis komandiri Qulamrza Süleymaninin də öldüyünü təsdiqləy


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo