Siyasət

İran yeni ali liderin yaralandığını təsdiqləyib

12 Mart, 2026
124

Foto: Reuters

İran yeni ali lider Müctəba Xameneinin ABŞ və İsrail tərəfindən edilən hücumlar zamanı yaralandığını bildirib. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağaei İtaliyanın "Corriere della Sera" qəzetinə açıqlamasında xəbəri təsdiqləyib, lakin ali liderin özünü yaxşı hiss etdiyini əlavə edib. 

Sözçü M.Xameneinin ictimaiyyət üçün ilk çıxışını nə vaxt edəcəyini isə bilmədiyini deyib. 

Bundan əvvəl "Reuters" agentliyi və "The New York Times" qəzeti adını açıqlamadığı mənbələrə istinadən xəbər vermişdi ki, M.Xamenei fevralın 28-də atası, keçmiş ali lider Seyid Əli Xameneinin öldüyü hücum zamanı yaralanıb. 

Fevralın 28-dən etibarən ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirir. Bu hücumlar nəticəsində ata Xameneidən əlavə bir sıra yüksək vəzifəli şəxslər də ölüb. 

İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri martın 11-də deyib ki, hücumlar nəticəsində İranda ən az 1348 mülki şəxs ölüb, 17 mindən çoxu isə yaralanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo