Foto: açıq mənbə
ABŞ-nin keçmiş vitse-prezidenti, İraq müharibəsinin memarlarından biri kimi tanınan Dik Çeyni 84 yaşında vəfat edib.
Siyasətçinin ölüm xəbərini noyabrın 4-də ailəsi paylaşıb. Onların dediyinə görə, Çeyni pnevmoniya və ürək-damar xəstəliklərinin fəsadları nəticəsində vəfat edib.
“Dik Çeyni böyük və yaxşı insan idi. O, övladlarına və nəvələrinə ölkəmizi sevməyi, cəsarətli, şərəfli, sevgi dolu və mərhəmətli həyat yaşamağı, həmçinin balıqçılığı öyrədib", - Çeyni ailəsi əlavə edib.
ABŞ-nin 46-cı vitse-prezidenti olan Çeyni 2001-2009-cu illərdə Respublikaçı prezident Corc Buşun administrasiyasında xidmət edib.
Uzun illər Respublikaçılar Partiyasında ən nüfuzlu fiqurlardan sayılan Çeyni son illərində partiyadan bir növ təcrid olunmuşdu. Buna səbəb onun prezident Donald Trampı ABŞ-yə ən böyük təhdid kimi qiymətləndirməsi idi.
Çeyni 2001-ci ilin 11 sentyabrında 3 minə yaxın amerikalının ölümü ilə nəticələnmiş terror hadisələrindən sonra ABŞ-nin İraq və Əfqanıstanda başlatdığı müharibələrin əsas memarlarından biri kimi yadda qalıb. Hətta bəzi müşahidəçilər onun ABŞ-ni idarə edən əsas qüvvə olduğunu iddia ediblər.
Çeyni, həmçinin, terrorizmdə təqsirləndirilən şəxslərin Kubanın Quantanamo körfəzində həbsxanada məhkəməsiz saxlanmasının, habelə məlumat toplamaq məqsədilə onlara işgəncə tətbiq edilməsinin açıq tərəfdarı olub.
Çeyni müharibələri dəstəkləmək qərarları ilə bağlı heç vaxt təəssüf ifadə etməyib. 2015-ci ildə o, "CNN"-ə demişdi: “O vaxt bu, doğru qərar idi. O zaman da buna inanırdım, indi də inanıram."
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib