Siyasət

İsrail vətəndaşlarına Azərbaycan və Gürcüstana səfərlə bağlı xəbərdarlıq edib

25 Mart, 2026
123

Foto: Anadolu Ajansı

İsrailin Milli Təhlükəsizlik Şurası yəhudi bayramları ərəfəsində İranla sərhəddə yerləşən bir sıra ölkələrə səyahətlə bağlı xəbərdarlıq yayıb.

Şura qərarı İranın "təsiri altında olan şəxslərin yəhudiliyə aiddiyəti olan məkanlarda terror hücumları həyata keçirə biləcəyi ilə" bağlı narahatlıqlarla əsaslandırıb. 

Martın 24-də verilmiş xəbərdarlıq ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarının bir ayı tamamlamağa az qaldığı bir vaxta təsadüf edir.

Şura bildirib ki, “İranla davam edən müharibə xaricdəki israillilərə qarşı terror təhlükəsini artırır” və Qərb ölkələrində yəhudiliyə aid məkanlara qarşı son vaxtlar baş vermiş bir neçə terror hücumu cəhdlərinə istinad edib.

"İranla həmsərhəd ölkələri (Azərbaycan, Gürcüstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Körfəz ölkələri) İranla əlaqəli qüvvələrin “kinetik hücumların” hədəfi kimi seçə biləcəyi narahatlığı səbəbindən yəhudiliyə aid məkanlarda keçirilən tədbirlərdə (bayram yeməkləri də daxil olmaqla) iştirak etməməyi tövsiyə edirik", - bəyanatda deyilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo