Siyasət

Kallas: “ABŞ Avropanı parçalamaq istəyir"

13 Mart, 2026
116

Foto: Shutterstock

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas düşünür ki, ABŞ Avropanı parçalamaq istəyir. 

O, bunu "The Financial Times" nəşrinə martın 13-də dərc olunmuş müsahibədə deyib. 

“Məncə hamının anlamasının həqiqətən vacib olduğu bir şey odur ki, ABŞ Avropanı parçalamaq istədiyini çox açıq şəkildə bəyan edib. Onlar Avropa İttifaqını sevmirlər", -  Kallas qeyd edib. 

O əlavə edib ki, ABŞ-nin yanaşması Aİ-nin rəqiblərinin istifadə etdiyi taktikaları xatırladır. 

Kallasın sözlərinə görə, Aİ ölkələri ABŞ prezidenti Donald Tramp ilə ikitərəfli qaydada ayrı-ayrılıqda yox, birlikdə danışıq aparmalıdırlar. 

Aİ-nin müdafiə məsələsinə gəldikdə isə, o bildirib ki, blok “ABŞ-dən silah almağa məcburdur, çünki bizdə ehtiyac duyduğumuz resurslar, imkanlar və ya qabiliyyətlər yoxdur.” O əlavə edib ki, Avropa öz müdafiə sənayesinə sərmayə qoymalıdır. 

Tramp ötən ilin yanvarında prezidentlik səlahiyyətlərinə başlayandan bəri Aİ-ni hədəf alıb. O, Aİ-yə üzv ölkələrdən idxal olunan məhsullara tariflər tətbiq edib. Tramp, həmçinin, Danimarka ərazisi olan Qrenlandiyanı almaq istəyib. 

Bu həftə isə Tramp administrasiyası "ədalətsiz ticarət praktikaları" iddiası ilə Aİ və digər ölkələr, o cümlədən Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Meksika barəsində araşdırmalar başladıb.

ABŞ Ali Məhkəməsi ötən ay Trampın tariflərini qanunsuz hesab etsə də, administrasiya tarifləri qüvvədə saxlamaqda iddialıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo