Siyasət

Lavrov Simonyana: "Ermənistana şimaldan hücumların hazırlandığını eşitmək bizə təəccüblü gəlir" 

6 Fevral, 2026
202

Foto: Ria Novosti

Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 5-də Ermənistan parlamentinin spikeri Alen Simonyanı qəbul edib. 

Lavrov nitqində Ermənistanın Rusiya üçün müttəfiq və strateji tərəfdaş olduğunu deyib. 

"Biz bilirik ki, Ermənistan rəhbərliyi Rusiya Federasiyası ilə mövcud əlaqə və əməkdaşlıq səviyyəsinin qorunub saxlanmasında maraqlı olduğunu ifadə edib. Eyni zamanda bilirik ki, həmin regiondan kənarda yerləşən bütün ölkələr bununla razı deyil. Avropa İttifaqından olan həmkarlarımız buna qarşı çıxmaq üçün kifayət qədər fəal işləyirlər. Biz tərəfdaşlarımızın istənilən sahədə xarici əlaqələrini inkişaf etdirməsinə heç vaxt etiraz etməmişik. Aİ-dən olan həmkarlarımıza gəlincə isə, onlar sözügedən ölkəni daim bir seçim qarşısında qoymaqdan əl çəkmirlər: ya bizimləsən, ya da onlarla. Bu, onların postsovet məkanında artıq 20 ildən çoxdur ki, sadiq qaldıqları məntiqdir. Ümid edirəm ki, Ermənistan bunun arxasında nələrin dayandığını aydın şəkildə anlayır", - o bildirib. 

Lavrov Aİ ölkələri tərəfindən Rusiya-Ermənistan əlaqələri haqda "düşmənçiliyin təşviqinə hesablanmış" dezinformasiyaların yayıldığını iddia edib. 

"Bəzən kiminsə guya Ermənistana qarşı “şimaldan” hansısa xəyali hücumların hazırlandığını və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının guya mövcudluq səviyyəsində bir təhdid yaratdığını iddia etdiyini eşitmək bizim üçün müəyyən qədər təəccüblüdür", - o əlavə edib. 

Nazir daha sonra bu il Ermənistanda keçiriləcək parlament seçkilərinə toxunub. 

"Sizi əmin edə bilərəm ki, xaricdən kiminsə açıq şəkildə Rusiya Federasiyasına işarə edilərək - seçkilərə müdaxilə etmək niyyətində olduğu ilə bağlı mesajlar eşidəndə və ya Yerevanın bu cür müdaxilənin qarşısını almaq üçün Avropa İttifaqına müraciət etdiyini görəndə biz bunu təəccüblü hesab edirik. Heç bir şübhəm yoxdur ki, Yerevanda məsuliyyətli siyasətçilər bu cür addımların şübhəsiz şəkildə təxribatçı məqsədlərlə atıldığını tam dərk edirlər. Biz dəfələrlə bəyan etmişik ki, Ermənistan öz suveren seçimini həyata keçirir", - o qeyd edib.

Simonyan öz növbəsində Rusiyada ictimai şəkildə səsləndirilən müəyyən bəyanatlardan Ermənistanın narahatlıq keçirdiyini deyib. 

“Bu, təkcə bizi deyil, Ermənistan cəmiyyətini də narahat edir. Siyasətçilər digər siyasətçilərlə əvəz oluna bilər, lakin Moskva tərəfindən səslənən bəzi bəyanatlar Ermənistan cəmiyyəti tərəfindən çox mənfi qarşılanır. Bu cür reaksiya ona görə yaranır ki, Moskva önəmlidir. Moskvanın müttəfiq olub və müttəfiq olaraq qaldığına dair bir anlayış mövcuddur. Məhz buna görə də bu cür bəyanatları eşitmək çox ağrılıdır", - o bildirib.

Simonyan konkret hansı bəyanata istinad etdiyinə aydınlıq gətirməyib. Bu yaxınlarda Vladimir Solovyov kimi rusiyalı hökumətyönlü fiqurlar Ermənistana qarşı hərbi əməliyyatların keçirilməsi ehtimalından danışıblar. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə deyib ki, Ermənistan Aİ ilə yaxınlaşarsa, ölkəni yoxsulluğa sürükləyə bilər. 

“Ermənistanın dost və müttəfiq dövlət olan Rusiyaya qarşı nəsə etməyə çalışdığı təəssüratının formalaşmasını istəmirəm", - Simonyan bildirib. 

O vurğulayıb ki, Yerevan Moskva ilə əlaqələrin, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlığın qorunub saxlanılmasında maraqlıdır.

“Aİİ və gömrük ittifaqına gəldikdə isə, biz hesab etmirik ki, ondan çıxmalıyıq. Düşünürük ki, hər iki tərəf üçün faydalı olacaq bir həlli birlikdə tapa bilərik", - o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Komitə: “İqbal Əbilovun işgəncə şikayəti araşdırılmayıb, prokuror məhkəməyə gəlməyib”

16 Sentyabr 2026

sosial media

Sentyabrın 15-də Sabunçu Rayon Məhkəməsində həbsdə olan akademik tədqiqatçı İqbal Əbilovun Bakı İstintaq Təcridxanasında fiziki və mənəvi işgəncəyə məruz qalması iddiası ilə bağlı verdiyi şikayətə baxılıb. Bu barədə İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb. Komitənin bildirdiyinə görə, iclasda qarşı tərəfin nümayəndəsi və prokuror iştirak etməyib, şikayət üzrə prokuror tərəfindən araşdırma aparılmayıb. “Əbilovun vəkili Rövşanə Rəhimli bunu əsas gətirərək məhkəmədən növbəti iclasın təyin olunmasını və şikayətin araşdırılmasını istəyib”, - komitə bildirib. İ.Əbilov məhkəmədə hadisələrin necə baş verdiyini danışıb və məhkəmədən Bakı İstintaq Təcridxanasında olduğu müddətdə təhlükəsizliyinin təmin edilməsini istəyib. O, məruz qaldığı rəftarı üzərində talış dilində yazı olan köynək geyinməsi...
Siyasət

“QHT işi”: Hafiz Həsənova 8 il şərti həbs cəzası verilib

16 Sentyabr 2026

sosial media

"QHT işi" üzrə ittiham olunanlardan biri, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hafiz Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəzlənib. Dövlət ittihamçısı onun 9...

Seçilmiş Videolar

Toplum TV loqo