Fərqanə Novruzova
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin saxlanıldığl 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən hədələndiyi bildirilir.
Bu barədə “İşçi Masası”nın üzvləri sosial mediada məlumat yayıblar.
Onların bildirdiyinə görə, müəssisənin rejim rəisi Samit Qafarov söhbət zamanı E.Mustafayevi əlavə cinayət işinin açılması ilə hədələyib. Fəal iddia edir ki, buna səbəb onun siyasətçi Tofiq Yaqublunun səhhətinə göstərilən aqeyd münasibətə etiraz etməsi olub.
Yaxınlarının sözlərinə görə, Elvin Mustafayev daha əvvəl də cəzaçəkmə müəssisəsində fiziki təzyiqə məruz qaldığını bildirib. Onların yaydığı məlumata əsasən, hadisə mayın 9-da baş verib, lain indiyədək Ombudsman Aparatından heç bir nümayəndə cəzaçəkmə müəssisəsinə gələrək araşdırma aparmayıb.
“Elvin Mustafayevin həbs müddətinin başa çatmasına cəmi iki ay qalır. Bu səbəbdən onun yaxınları olaraq həbsxanada ona qarşı mümkün təxribatların törədilə biləcəyindən çox narahatıq”, - deyə “İşçi Masası” üzvləri bildiriblər.
İddialarla bağlı aidiyyəti qurumların münasibətini öyrənmək mümkün olmayıb.
Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb.
2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.
Mustafayev ittihamı rədd edib və bunu onun “İşçi Masası”ndakı fəaliyyəti ilə əlaqələndirib.
2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”